İDMAN
Azərbaycan cüdoçuları XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan universiadada beş kişi və bir qadın cüdoçu ilə təmsil olunur. Kişilərin yarışında İbrahim Əliyev (66 kq), Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq), qadınlardan isə Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.
Universiadanın birinci günündə cüdoçularımızdan Aliumar Tumayev və Rüstəm Kotsoyev tatami üzərinə çıxıblar. A.Tumayevin rəqibi çexiyalı Jiri Peter, R.Kotsoyevin rəqibi isə meksikalı Aleksis De Leondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]