İDMAN


Azərbaycan cüdoçuları Xorvatiya Qran-Prisində iştirak edəcəklər

Bakı, 25 iyul, AZƏRTAC 

Cüdo üzrə Azərbaycan milli komandası iyulun 27-dən 29-dək Zaqrebdə keçiriləcək Qran-Pri yarışlarında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, komandanın heyətində Vüqar Şirinli, Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elxan Məmmədov, Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri, Şahin Qəhrəmanov (+100 kq) və İrina Kindzerskaya (78 kq) yer alıblar.

Qran-Pridə 81 ölkədən 573 idmançı mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.