İDMAN


Azərbaycan cüdoçuları "Böyük dəbilqə" turnirini 7 medalla başa vurublar

Bakı, 12 may, Leyla Qurbanova, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirinin son günündə cüdoçularımız 3 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) finalda serbiyalı Nemanja Majdova məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər idmançımız Zelim Kotsoyev (100 kq) isə bürünc medal uğrunda rəqibi monqolustanlı Ottonbator Lxaqvasurenə qalib gəlib.

Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) üçüncü yer uğrunda belaruslu Marina Slutska ilə döyüşdə qələbə qazanıb.

Bununla da komandamızın turnirdə qazandığı medalların sayı 7-yə (1 qızıl, 2 gümüş, 4 bürünc) çatıb.

Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparıb. Millimiz turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.