İDMAN


Azərbaycan cüdoçuları dünya çempionatının ilk günündə iki medal qazanıblar

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan cüdoçuları Mərakeşdə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə iki medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Finalda rusiyalı Konstantin Simeonidis ilə qarşılaşan cüdoçumuz rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər cüdoçumuz İbrahim Əliyev (66 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə rumıniyalı Lusian Bors Dumitresku ilə üz-üzə gələn İ.Əliyev rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.