İDMAN


Azərbaycan cüdoçusu Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycan cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, kişilər arasında keçirilən yarışda Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda mübarizədə rəqibi sloveniyalı idmançı Martin Hojakı məğlub edərək bürünc medala layiq görülüb.

Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.