İDMAN


Azərbaycan cüdoçusu Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb VİDEO

Bakı, 26 iyul, Leyla Qurbanova, AZƏRTAC

İyulun 26-da Azərbaycan cüdoçusu Hüseyn Məmmədov (+90 kq) XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, finalda rusiyalı idmançı Əhməd Maqomedova qalib gələn cüdoçumuz festivalın çempionu olub.

Qeyd edək ki, səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ippon, dörddəbir finalda yunanıstanlı Aristotelis Aris Leonidisə vazari xalı ilə qalib gəlib. İdmançımız yarımfinalda moldovalı Alin Bagrini ipponla məğlub edib.

Bu çəki dərəcəsində bürünc medalları italiyalı Cean Karlettini məğlub edən gürcüstanlı Giqa Tatiaşvili və moldovalı Alin Baqrinə qalib gələn fransalı Mathias Anlion qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.