İDMAN


Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb

Bakı, 19 noyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında cüdoçumuz Orxan Səfərov (66 kq) uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, qitə çempionatında ilk qarşılaşmalarda italiyalı Manuel Lombard, daha sonra slovakiyalı Matej Poliakı məğlub edən cüdoçumuz dörddəbir finalda serbiyalı Sebastian Seidl üzərində də qələbə qazanıb.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edir.

Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.