İDMAN


Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin finalına vəsiqə qazanıb

Bakı, 18 fevral, AZƏRTAC

Təl-Əvivdə start götürən cüdo üzrə “Böyük dəbilqə” turnirində 60 kiloqram çəki dərəcəsində gücünü sınayan Davud Məmmədsoy finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə almaniyalı Morits Plafki, hindistanlı Vicay Kumar, qazaxıstanlı Qusman Kirqizbayev ilə qarşılaşmaları qələbə ilə başa vuran cüdoçumuz yarımfinala yüksəlib. Yarımfinalda Rusiya təmsilçisi Ramazan Abdullayevi məğlubiyyətə uğradan idmançı finala vəsiqə qazanıb.

Onunla eyni çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov startda britaniyalı Eşli Makkenziyə məğlub olaraq mübarizəni dayandırıb. Orxan Səfərovun (66 kq) İsrail təmsilçisi Amit Boboviç ilə ilk qarşılaşması uğursuz olub. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə rumıniyalı Petr Jukov, Qazaxıstan təmsilçisi Artur Te ilə döyüşlərini qələbə ilə başa vursa da, dörddəbir finalda İtaliya cüdoçusu Mattia Mikelliyə uduzub.

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva ilk qarşılaşmada israilli Şira Rişoniyə məğlub olub. Onunla eyni çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə ilk görüşdə yerli idmançı Tamar Malka üzərində qələbə qazansa da, növbəti qarşılaşmada fransalı Şirine Bouklinin öhdəsindən gələ bilməyib. İlk qarşılaşmada braziliyalı Eleudis Valentim üzərində qələbə qazanan Gültac Məmmədəliyeva (52 kq) da ikinci görüşdə Fransa təmsilçisi Astrid Qnetoya uduzub.

Qeyd edək ki, turnirin birinci günündə 7 cüdoçumuz mübarizəyə qoşulub.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.