İQTİSADİYYAT


Azərbaycan daha bir ölkəyə şüşə butulkaların ixracına başlayıb

Azərbaycan daha bir ölkəyə şüşə butulkaların ixracına başlayıb

Bakı, 7 fevral, AZƏRTAC

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC daha bir ölkəyə - Gürcüstana şüşə butulkaların ixracına başlayıb.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, ilkin mərhələdə Gürcüstana təqribən 3,5 min ədəddən çox şüşə butulka göndərilib.

Qeyd edək ki, 2020-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış “Glassica” QSC tərəfindən Sənaye Parkının ərazisində Almaniyanın şüşəəritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.

Şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi ilə Rumıniya, Moldova və Gürcüstana ixrac edilib. Bu ölkələrə indiyədək 250 min ədəddən çox butulka satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.