SİYASƏT


Azərbaycan deputatı AŞPA-nın komitə iclasında erməni və fransıza tutarlı cavab verdi

Azərbaycan deputatı AŞPA-nın komitə iclasında erməni və fransıza tutarlı cavab verdi

Paris, 2 dekabr, AZƏRTAC

AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsində, elə çıxışınızdan da bəlli olduğu kimi, yəqin siyasətdə də yenisiniz. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətindən, 44 günlük müharibə dövründə Qarabağdan çox uzaqda yerləşən Gəncə və Tərtər şəhərlərinin Ermənistan tərəfindən ballistik raketlərlə bombalanmasından, dinc əhaliyə qarşı törətdikləri terror aktlarından ya bixəbərsiniz, ya da özünüzü bilməməzliyə qoyursunuz. Mümkün deyil ki, sizin bütün bu hadisələrdən xəbəriniz olmamış olsun. BMT-nin 4 qətnaməsi, AŞPA-nın, eləcə də digər beynəlxalq təşkilatların qətnamələri və bəyanatları ilə tanış olmalı, onları diqqətlə oxumalısınız. Beynəlxalq hüquqa uyğun olaraq, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün ölkələr, eləcə də Fransa tanıyıb və tanıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Parisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında “Silahlı münaqişələrin ətraf mühitə təsiri” adlı məruzənin müzakirələri zamanı təxribata əl atan erməni deputata və onun havadarı olan fransız deputata cavabında səsləndirib.

Erməni deputat Azərbaycanı “dinc əhaliyə qarşı” qadağan olunmuş silahdan istifadə etməkdə günahlandıraraq, Qarabağ münaqişəsinin adının məruzəyə daxil edilməsinə cəhd göstərib. Onun fransız havadarı isə erməni deputatı dəstəkləyib. Erməni lobbisinin tutuquşusu olan və regiondakı reallıqdan bixəbər olan fransız deputat sərsəmləyib.

Azərbaycan deputatı ölkəmizin ərazisinin 20 faizini 30 il Ermənistanın işğal altında saxlaması, 44 günlük müharibə, 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli Bəyanat haqqında məlumat verərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmanına əsasən yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları barədə danışıb. Deputat işğal dövründə həmin ərazilərin bütün infrastrukturunun yerlə-yeksan edildiyini diqqətə çatdırıb. Bölgənin təbiətinə, biomüxtəlifliyinə, ümumiyyətlə, ekosisteminə vurulmuş ziyandan söz açıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı kaset bombalardan istifadə etdiyini bir daha xatırladıb.

 
Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.