CƏMİYYƏT


Azərbaycan diaspor təşkilatlarının ABŞ-da reallaşdıracağı layihələrlə bağlı müzakirələr aparılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanda keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Bakıya dəvət olunan Bakı-Bruklin Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental, “Mənim Yolum” İnkişaf Mərkəzinin prezidenti Elina Xanukova və AZZEM Beynəlxalq Fondunun rəhbəri Oleq Mövsümov Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, təşkilatlar arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlara Dövlət Komitəsinin yenilənmiş internet saytı və ilk dəfə yaradılan diaspor xəritəsi barədə məlumat verilib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyevin, aparat rəhbəri Daşqın Rəcəblinin və Amerika şöbəsinin müdir müavini Səlhət Abbasovanın iştirak etdiyi görüşdə Azərbaycan diaspor təşkilatlarının yaxın gələcəkdə ABŞ-da həyata keçirəcəyi layihələr haqqında da müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.