CƏMİYYƏT


Azərbaycan diasporu Höteborqdakı qastronomiya festivalında iştirak edib

Bakı, 5 oktyabr, AZƏRTAC

“Azərbaycan Qarabağ Azadlıq Mərkəzi” İsveçin Höteborq şəhərində keçirilən beynəlxalq qastronomiya festivalında ölkəmizi təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, festival zamanı Azərbaycan pavilyonunda milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar və Azərbaycan çayı təqdim edilib. “Azərbaycan yeməkləri ziyarətçilərin çox xoşuna gəldi. Pavilyonumuz təam zənginliyi ilə seçilirdi. Çay dəsgahı isə süfrəyə xüsusi gözəllik verirdi. Azad olunmuş Laçından gətirilmiş kəklikotu çaya xüsusi dad qatmışdı. Azərbaycan çayı şəhər sakinlərinin çox xoşuna gəldi”, - deyə mərkəzin sədri Ülviyyə Nəcəfova bildirib.

Qeyd edək ki, həftəsonu keçirilən festival iki gün davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.