CƏMİYYƏT


Azərbaycan diasporu Jitomirdə xeyriyyə aksiyası keçirib

Kiyev, 23 aprel, AZƏRTAC

“Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi” ictimai təşkilatı xeyriyyə aksiyası keçirərək Jitomir vilayəti uşaq kliniki xəstəxanasına məişət texnikası hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ictimai təşkilatın sədri İlqar Məmmədov deyib: “Bu aksiya Azərbaycanın ümummilli lideri, dahi insan, Azərbaycanı belə yüksək səviyyəyə qaldıran siyasətçi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. Mən informasiya dəstəyinə görə Azərbaycanın Ukraynadakı səfirliyinə, Jitomir vilayətinin dövlət administrasiyasına və Jitomir vilayət şurasına minnətdarlığımı bildirirəm”.

“Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi” ictimai təşkilatı sədrinin müavini Olqa Məmmədova əlavə edib ki, onlar ehtiyacı olanlara həmişə kömək etməyə hazırdırlar.

Göstərilən köməyə görə minnətdarlığını bildirən vilayət uşaq xəstəxanasının direktoru Yuri Dovqopolıy hədiyyə edilən məişət texnikasına müəssisənin həqiqətən ehtiyacı olduğunu vurğulayıb. O deyib: “Qeyd etmək istəyirəm ki, belə aksiyalar ildə bir neçə dəfə keçirilir, yəni bu yardım sistemli şəkildə həyata keçirilir və bizim üçün əhəmiyyətlidir”.

Aksiyaya vilayət administrasiyasının təmsilçiləri də qoşulublar.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.