SİYASƏT
Azərbaycan diasporunun üzvləri Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər
Bakı, 18 sentyabr, AZƏRTAC
Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri Şamil Tağıyev və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev bu gün Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.
ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili AZƏRTAC-a bildirib ki, Azərbaycan diasporunun nümayəndələri Moskvada və regionlarda yerləşən 100 dən artıq seçki dairəsinin ərazisində müxtəlif məntəqələrdə seçki prosesini izləyiblər. Müşahidə apardıqları məntəqələrdə hər hansı qanun pozuntusuna rast gəlməyiblər.