CƏMİYYƏT


Azərbaycan diasporunun üzvləri Türkiyənin Kazandakı Baş konsulluğunu ziyarət ediblər

Azərbaycan diasporunun üzvləri Türkiyənin Kazandakı Baş konsulluğunu ziyarət ediblər

Moskva, 7 fevral, AZƏRTAC

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Azərbaycan diasporunun üzvləri Türkiyənin Baş konsulluğuna gələrək zəlzələ qurbanlarının xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Kazandakı Baş konsulluğunda matəm kitabı açılıb. Qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək və başsağlığı vermək istəyənlər diplomatik nümayəndəliyə gələrək matəm kitabında ürək sözlərini yaza bilərlər.

“Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev və təşkilatın üzvləri Baş konsulluğa gələrək təbii fəlakət zamanı həlak olanlarla bağlı başsağlığı verib, yaralılara şəfa diləyiblər.

Baş konsulluqda, həmçinin humanitar yardım məntəqəsi açılıb. Məntəqə fevralın 12-dək açıq olacaq.

Azərbaycan diasporunun üzvləri də yardım aksiyasına qoşulublar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.