ELM VƏ TƏHSİL


Azərbaycan dili fənni üzrə ikinci imtahan təşkil ediləcək

Bakı, 11 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də ikinci dəfə Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu imtahanda aşağıda qeyd edilən kateqoriyaya aid abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər:

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları;

2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün 2020-ci ildə keçirilən imtahandan 50 və daha yuxarı bal toplayan əvvəlki ilin məzunları bu imtahandan azaddırlar.

Digər 3 kateqoriyaya aid olan abituriyentlər imtahana bir həftə qalmış DİM-in saytında yerləşdiriləcək imtahana buraxılış vərəqəsini çap etməli və Azərbaycan dili imtahanında iştirak etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.