ELM VƏ TƏHSİL


Azərbaycan dili fənni üzrə vebinar təşkil olunacaq

Bakı, 10 may, AZƏRTAC

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar mayın 11-i saat 17:00-da Azərbaycan dili fənni üzrə “Tabeli mürəkkəb cümlələr” mövzusunda keçiriləcək.

Vebinarın məqsədi tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni müəyyənləşdiməkdir. Onlayn tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş mütəxəssisi Məhəmməd Xankişiyev çıxış edəcək. Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.