Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında 3 əcnəbi minimal keçid balını toplayıb

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında 3 əcnəbi minimal keçid balını toplayıb

Bakı, 6 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları haqqında məlumat yayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. İmtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. 47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb. 3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilən minimal keçid balını toplayıb.

Bundan əlavə, DİM-ə müvafiq beynəlxalq dil sertifikatını təqdim edən 23 namizəd xarici dil imtahanından azad olunub. Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. İmtahan blokları üzrə müəyyən edilmiş minimal bal məhdudiyyəti ləğv edilib.

Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25 (35 olduğu halda nəticə 5 il qüvvədə olur), xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir.

Fevralın 14-də keçirilən xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində yaradılmış Apelyasiya Komissiyası martın 1-dən 3‑dək namizəd və iddiaçılardan daxil olan onlayn apelyasiya müraciətlərini müvafiq xarici dillər üzrə ekspertlərlə birlikdə araşdırarkən heç bir test tapşırığında elmi-metodik nöqsan aşkar etməyib.

Doktoranturaya xarici dil üzrə qəbul imtahanı ilə bağlı 165 namizəd, xarici dil üzrə fəlsəfə doktoru imtahanı ilə bağlı isə 38 iddiaçı onlayn qaydada Apelyasiya Komissiyasına müraciət edib. Müraciətlər əsasən yazı işlərinə yenidən baxılması, imtahanda keçid balının aşağı salınması və ya digər güzəştlərin edilməsi, müəyyən test tapşırıqlarının ekspertlər tərəfindən izah edilməsi, cavab kartının bəzi namizədlər tərəfindən düzgün kodlaşdırılmaması və digər məsələlərlə əlaqədar olub. Bütün müraciətlər DİM-in əməkdaşları və xarici dillər üzrə ekspertlər tərəfindən cavablandırılıb.

Test tapşırıqları ilə əlaqədar müraciət edən namizəd və iddiaçılara tapşırıqlar “Zoom” proqramı vasitəsilə onlayn qaydada və ya telefon vasitəsilə izah olunub. Namizəd və iddiaçıların yazı işləri (esse və ya vizual məlumatın təsviri) ilə əlaqədar müraciətləri də diqqətlə araşdırılıb, onların qiymət meyarlarına əsasən yoxlanılıb qiymətləndirilməsi, yazılarda yol verilən nöqsanlar müəlliflərə izah edilib. Apelyasiya Komissiyasının üzvləri bəzi yazı işlərində yol verilən səhvlərin əsasən metodiki və mexaniki xarakterli olmasını və namizədlərin imtahana hazırlaşarkən söz ehtiyatlarını artırmağa və dil qaydalarını mənimsəməyə lazımınca diqqət yetirmədiklərindən qaynaqlandığını bildiriblər.

Qeyd olunmalıdır ki, yazı işləri yoxlanılarkən hər esse iki ekspert tərəfindən yoxlanılır, qiymət fərqi üç baldan çox olduqda iş üçüncü ekspertə göndərilir. Digər hallarda iki qiymətin ədədi ortası götürülür (misal üçün, ekspertlər 3 və 4 qiyməti qoyduqda, yekun qiymət 3.5 bal çıxarılır). Apelyasiya Komissiyasına müraciət edənlərin yazı işləri iki ekspert tərəfindən 1 bal fərqi ilə qiymətləndirilmişsə, bu işlər də üçüncü ekspertə göndərilib və sonuncu daha yuxarı qiymət vermişsə, həmin namizədin balının artırılması qərara alınıb.

Beləliklə, Apelyasiya Komissiyasına doktoranturaya xarici dil üzrə qəbul imtahanı ilə bağlı müraciət edən 165 namizəddən 15 nəfərin, xarici dil üzrə fəlsəfə doktoru imtahanı ilə bağlı müraciət edən 38 iddiaçıdan isə 2 nəfərin yazı işi üzrə qiymətinin 0.5 bal artırılması haqqında qərar qəbul edilib. Qəbul imtahanı üzrə balı artırılan 15 namizədin 9-nun statusu dəyişilib və yekun olaraq 646 (9+637) nəfər fəlsəfə imtahanına buraxılıb. Bundan əlavə, balı artırılan 2 iddiaçıdan 2-nin də statusu dəyişilib və 49 (2+47) nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilən minimal keçid balını toplayıb.

Xatırladaq ki, Apelyasiya Komissiyasına müraciət edən 203 nəfərin hər birinin “Şəxsi kabineti”ndə qeyd olunmuş mobil telefon nömrəsinə apelyasiyanın nəticəsinə dair sms-bildiriş göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir