ELM VƏ TƏHSİL


Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimi başa çatır

Bakı, 14 avqust, AZƏRTAC

2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimi bu gün başa çatır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər avqustun 14-ü saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər. Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaq, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməyi unutmamaq tövsiyə olunur. Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda, onların müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçiminə avqustun 11-də start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.