Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan dilində iqtisadi terminologiya ilə bağlı müzakirələr aparılıb

Bakı, 12 oktyabr, AZƏRTAC

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarda elmi müəssisənin Maliyyə, pul-kredit siyasəti şöbəsinin aparıcı elmi işçisi Tanrıverdi Paşa “İqtisadi terminlər haqqında“ məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan dilində terminologiya sisteminin yenidən işlənməsi, qaydaya salınması sahəsində əsas vəzifələr müəyyən olunub. İqtisadçıların müasir peşəkar dili - dünya iqtisad elminin çoxəsrlik inkişafının məhsuludur. Bu tarixi təsir demək olar ki, dünyanın bütün inkişaf etmiş dillərinin lüğətlərində öz əksini tapıb. Terminologiya - lüğətlərin digər qatlarından fərqli olaraq müxtəlif nazirlik və idarələrdə dövlət və beynəlxalq səviyyələrdə daim tənzimləmə, qaydaya salınma, unifikasiya və bəzən də standartlaşdırma predmetidir. Terminologiya sisteminin özü daim hərəkətdədir, yəni bəzi terminlər tarixi baxımdan işlənmədiyinə, elmi termin dairəsindən çıxarıldığına, daha uğurlu yeni terminlərlə əvəz olunduğuna görə yaşam dövrünü başa vurur. Terminlər dil vahidi kimi həmin dilin fonetik və qrammatik qanunauyğunluqlarına tabedir. Dünyada elmlərin beynəlmiləlləşməsi ilə əlaqədar son onilliklərdə elmi terminologiyada yunan-latın ünsürləri böyük payla üstünlük təşkil edir. Eyni zamanda, söz birləşməsi - terminlərin də sayı artmaqdadır.

Müasir elmdə dillərin fərqindən asılı olmayaraq eyni elm daxilində terminlərin semantik unifikasiyasına, yəni müxtəlif dillərdə terminlərin birmənalı uyğunluğuna və ümumiyyətlə, terminlərin beynəlmiləlləşməsinə üstünlük verilir. Məruzəçi vurğulayıb ki, bu məsələ türk dilləri üçün daha aktualdır. Məlum olduğu kimi, əksər Avropa dillərində, həmçinin dilimizin terminologiya fondunun ən çox yararlandığı ərəb, fars və rus dillərində yeni söz-termin yaratma imkanları həmin dillərdə mövcud olan önlüklər (prefikslər) hesabına bir qədər artıqdır. Lakin türk dillərinin məhz feil, sifət və şəkilçilərdən istifadə etməklə yeni söz-termin yaratmaq imkanları qat-qat üstündür. Son illərdə türk xalqlarının və toplumlarının beynəlxalq əlaqələrinin və birgə araşdırmalarının daha da intensivləşməsi iqtisadi terminologiya sahəsində də əsaslı dönüş yaratmağa gətirib çıxaracaq. Türk dillərinin (Azərbaycan dilinin də) yeni söz və termin yaratmaq imkanlarından daha geniş istifadə edilməlidir. Dilçilik, tibb, texniki və dəqiq elmlər, o cümlədən iqtisad elmində bütün türk xalqları üçün ortaq terminlərin yaradılması kifayət qədər aktualdır. Türk xalqlarının bəzən bir-birini başa düşməməsinin, ayrı-ayrı türk toplumlarında nəşr edilən elmi kitabların, məqalələrin və dərsliklərin qarşılıqlı yayılmamasının da səbəbini bunda axtarmaq lazımdır. Termin həm də ondan törəyəcək yeni terminlərin yaradılması üçün rasional və qavramada rahat olmalıdır. Terminlər üçün ən vacib keyfiyyətlərdən biri onların beynəlmiləlliyidir. Terminlərin yaradılmasında birinci yol – xalqın öz dilində mövcud olan sözlərdən istifadə etməkdir. Başqa dillərdən alınma terminlər məhz bu çətinliyi aradan qaldırır.

Tanrıverdi Paşa qeyd edib ki, əksər dillərdə olduğu kimi, Azərbaycan iqtisadçılarının dilinə də yeni terminlər ingilis dili vasitəsi ilə daxil olur. Bazar iqtisadiyyatı terminləri XVII-XIX əsrlərin klassik ingilis nəzəriyyələrinə və XX əsrdə əsasən Amerika iqtisadçılarının əsərlərində inkişaf etdirilən anlayış və terminlərə əsaslanır. Müasir iqtisad elmi yeni terminologiyanı ən çox dünyanın ən nüfuzlu iqtisadçılarının elmi əsərlərindən götürür. Belə iqtisadçı alimlər, ilk növbədə, Nobel mükafatı laureatları (iqtisadçılar 1969-cu ildən təltif edilir) arasındadır və onların adı ilə xeyli yeni kateqoriyalar, anlayışlar və terminlər bağlıdır. Bu gün Azərbaycanda iqtisadiyyata dair müxtəlif fənlərə aid olan xeyli dərsliklər yazılsa da, onları əksəriyyəti istər həmin predmetə aid olan mövzuların ardıcıllığı və məntiqi, istərsə də üslub baxımdan kifayət qədər qüsurludur. Həmin dərsliklərdə Azərbaycan dilində termin yaratma təcrübəsi yox dərəcəsindədir. Müxtəlif dərsliklərdə bəzən eyni terminlər müxtəlif cür verilir. Bu dərsliklərin bir qismini, həm də mahiyyətcə çox pis tərcümə olunmuş primitiv plagiat saymaq olar. Tədqiqatçının fikrincə, belə psevdo dərsliklərin əvəzinə dünyada qəbul edilən və tədris edilən kitabların peşəkarlar tərəfindən tərcüməsinə üstünlük verilməlidir.

Sonda məruzəçi sualları cavablandırıb. Azərbaycan dilində müasir iqtisadi terminologiya ilə bağlı maraqlı və geniş müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək