ELM VƏ TƏHSİL


“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub

Nəşr müasir ədəbi dilimizdə işlənməyən, yaxud fonetik tərkibcə fərqlənən 2500-dən çox söz və ifadəni əhatə edir

Bakı, 13 fevral, AZƏRTAC

Alı Rəhimoğlunun (Əliyev) “Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, sözlük müasir ədəbi dilimizdə işlənməyən, yaxud fonetik tərkibcə fərqlənən 2500-dən çox söz və ifadəni əhatə edir.

Zəngilan özünün təbii gözəllikləri və sərvətləri ilə yanaşı, zəngin dil bazası, şivə xüsusiyyətləri ilə fərqlənir. Müəllif rayonun 75 məntəqəsindən söz və ifadələr toplayıb, onları fonetik transkripsiya ilə qeydə alıb və lüğəvi mənasını verib. Həmçinin söz və ifadələrin lüğəvi mənasının düzgün anlaşılması üçün mətn cümlələr də təqdim edib.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan lüğətin redaktoru Dilçilik İnstitutunun Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva, rəyçiləri professor Kamil Bəşirov, dosentlər - Kübra Quliyeva, Güntəkin Binnətova və Qüdsiyyə Qəmbərovadır.

Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına dəyərli töhfə olan lüğətdən filoloqlar, etnoqraflar, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.