ELM VƏ TƏHSİL
“Azərbaycan dilinin paronimlər lüğəti” çapdan çıxıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, dosent Nərgiz Hacıyevanın “Azərbaycan dilinin paronimlər lüğəti” işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, lüğətin elmi redaktorları professorlar Tofiq Hacıyev və İsmayıl Məmmədli, rəyçiləri isə professor Qara Məşədiyev, Nadir Məmmədli və dosent İntizar Salahovadır.
Azərbaycan dilində səslənməsində və tələffüzündə çətinlik yaradan bir sıra sözlər var ki, bunlar eyni və müxtəlif köklü olaraq dilçilikdə paronim sözlər adlanır. Yeni nəşr paronimlər barədə yazılan ilk lüğətin genişləndirilmiş şəkli olub, 1600-dan çox sözü əhatə edir. Lüğət “Ön söz”, əlifba sırası ilə düzülmüş paronim sözlər, frazeoloji paronimlər və onların izahından ibarətdir.
Lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]