Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan diplomatının ölkəmizin ərazisinin işğal edildiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu xatırlatması Rusiyanın “Qara siyahıya” düşmüş ekspertini əsəbiləşdirmişdir

Budapeşt, 7 may (AZƏRTAC). Rusiyalı siyasi ekspert Sergey Markedonov Macarıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr İnstitutunda “Rusiyanın Cənubi Qafqaz ölkələrinə dair xarici siyasəti” mövzusunda məruzə ilə çıxış etmişdir.

Çıxışı zamanı Cənubi Qafqazla bərabər Şimali Qafqazdan da danışan Sergey Markedonov cənubda etnik münaqişələrin, şimalda isə terrorçu qruplaşmaların olduğunu və rəsmi Moskvanın region siyasətini məhz bu iki amil əsasında müəyyənləşdirdiyini bildirmişdir. Rusiyanın Cənubi Qafqaz ölkələrinin hər biri ilə münasibətlərinə toxunan ekspert Ermənistanın Rusiyanın müttəfiqi, Azərbaycanın isə tərəfdaşı olduğunu və bunların fərqinin daim nəzərə alınmasının vacibliyini qeyd etmişdir. Ermənistanın Rusiyanın Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq etməsindən narazı qalmasını iki müttəfiq arasındakı problem olduğunu qeyd edən S.Markedonov ermənilərin Azərbaycanın müstəqil mövqe formalaşdırmasının qarşısını almaq üçün Qərb ilə əməkdaşlıqda da maraqlı olduğunu söyləmişdir. Son dövrlərdə Rusiya ilə Gürcüstan arasında yaxınlaşmanın müşahidə edildiyini, bunun hər iki dövlətin marağına uyğun olduğunu deyən ekspert Rusiyanın Azərbaycan və Türkiyənin regionda iqtisadi monopoliyasının qarşısını almaq niyyətində olduğunu söyləmişdir.

S.Markedonov Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın Qərb ilə Rusiya arasında daha balanslaşdırılmış siyasət yürütdüyünü, Azərbaycanın Dağıstan ilə 200 kilometrə qədər sərhədinin, hər iki ölkənin Xəzər dənizində ümumi maraqlarının olduğunu və Rusiyanın Ermənistanın narazı qalmasına baxmayaraq, Azərbaycana silah satışını davam etdirdiyini demişdir.

Ekspert Rusiyanın həm müttəfiqini, həm də tərəfdaşını narazı salmamaq üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun saxlanılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.

Məruzə başa çatandan sonra Azərbaycanın Macarıstandakı səfirliyinin III katibi Süleyman Rüstəmov ekspertin çıxışında qeyd etdiyi “bütün dövlətlər terrorizmə qarşı əlaqəli şəkildə mübarizə aparmalıdır və hər bir terror təşkilatı bütün ölkələr üçün real təhlükədir” fikrinə istinad edərək, Azərbaycanın işğal edilmiş və hazırda nəzarətsiz qalmış Dağlıq Qarabağ ərazilərində terror qruplaşmalarının fəaliyyət göstərdiyini, status-kvonun saxlanmasının yolverilməz olduğunu, beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyünün pozulması məsələsinə göz yumulduğunu, Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkününün hüquqlarının nəzərə alınmadığını, bunun ümumbəşəri humanizm və ədalət prinsiplərinə zidd olduğunu məruzəçinin diqqətinə çatdırmışdır.

Diplomatın xatırlatması və ölkəmiz barədə söylənilən fikirlərə şərh verməsini istəməsi Dağlıq Qarabağa səfərinə görə Azərbaycan tərəfindən adı “Qara siyahıya” daxil edilmiş rusiyalı eksperti əsəbiləşdirmiş və o, onda bu barədə məlumatların olmadığını söyləmişdir.

Səfirlik əməkdaşının təkidini görən macar moderator tədbirin sona çatdığını elan etmişdir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO

“Sabah” “Qarabağ”ın 18 matçlıq məğlubiyyətsizlik seriyasını qırıb

“Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Almaniyada dörd pendir növü piştaxtalardan təcili yığışdırılır

Mədəniyyət Nazirliyindən yeni layihə - “Səslənən irsimiz”

® “PAŞA Qrup” şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub

“Şah dili-dalğalar və fırçalar”

Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

Bu gün Ekoloji Bilik Günüdür

Vyetnam kriptovalyuta sektorunun inkişafı üçün hüquqi baza hazırlayacaq

Meyvə bağlarında yaz çələngi FOTOREPORTAJ