REGİONLAR


Azərbaycan dövlət müstəqilliyinin bərpasından ötən 28 il ərzində böyük inkişaf yolu keçib

Bərdə, 19 oktyabr, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyinin bərpasından ötən 28 il ərzində böyük inkişaf yolu keçib. Bu gün ölkəmizdə həyatın bütün sahələrində əldə olunan uğurları gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunan tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən regional idarənin rəis müavini Validə Nabatova bildirib ki, 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk dövründə Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vuraraq, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdı. Azərbaycanın dövlət müstəqilliyi təhlükə altında idi. Belə bir şəraitdə böyük siyasi xadim Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi və Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı, ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alındı, siyasi sabitlik təmin olundu, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoydu, respublika həyatının bütün sahələrində tərəqqi təmin edildi.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyinə, dövlətimizin qüdrətlənməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir bir-birindən maraqlı rəqs nümunələri, incəsənət ustalarının ifasında şən və vətənpərvərlik mahnıları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.