Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan dövləti Qarabağ münaqişəsinin həlli istiqamətində hər zaman prinsipial mövqe tutur

Azərbaycan dövləti Qarabağ münaqişəsinin həlli istiqamətində hər zaman prinsipial mövqe tutur

Bakı, 15 iyul, AZƏRTAC

Məlum olduğu kimi, 2020-ci il iyulun 14-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə və hərbçilərimizin şəhid edilməsinə etiraz olaraq minlərlə vətəndaş Bakının mərkəzi küçələrilə irəliləyərək Şəhidlər xiyabanına kütləvi şəkildə axın edib. Vətənpərvərlik, ordumuza və dövlətimizə dəstək şüarları ilə müşayiət edilən yürüş qısa zamanda böyük bir izdihama çevrilib. Vətəndaşlarımızın Ali Baş Komandana, ordumuza və dövlətimizə səmimi-qəlbdən bağlılığının, dəstəyinin əyani göstəricisi olan bu yürüş hər bir azərbaycanlıda ən ülvi vətənpərvərlik hisslərini oyadıb, böyük iftixar duyğuları doğurub. Ancaq çox təəssüf ki, gecə saatlarında Şəhidlər xiyabanına toplanmış çoxminli insan kütləsinin içərisindəki bir qrup təxribatçının təhrikedici hərəkətləri və çağırışları nəticəsində izdihamla hüquq-mühafizə orqanlarının nümayəndələri arasında gərginlik yaranıb. Prezident İlham Əliyevin iradəsi nəticəsində ölkədə bərqərar olmuş demokratik mühitdən, ifadə azadlığından öz məkrli niyyətləri üçün bəhrələnməyə çalışan təxribatçılar çaşqınlıq yaradan şüarlar səsləndirib, hər vəchlə çoxminli kütləni idarəolunmaz səviyyəyə çatdırmağa cəhd göstəriblər. Polisin uzun müddət baş verənlərə təmkinlə yanaşması, insanların emosional durumuna anlayış göstərməsi isə kütlənin bəzi nümayəndələri tərəfindən zəiflik kimi qəbul edilərək, arzuolunmaz hərəkətlərə yol açıb. Əfsus ki, milli hisslərə qapılan gənclərimizin bir hissəsi təxribatçıların qanunsuz çağırışlarına uyaraq, cinayətkar əməllərin iştirakçısına çevrilib. Polisin qanuni çağırışlarına məhəl qoymadan təxribatçılar asayişi kobud şəkildə pozaraq strateji dövlət obyekti hesab edilən Milli Məclisin inzibati binasına daxil olaraq dağıntılar törədib, nəticədə dövlət əmlakına ciddi şəkildə zərər yetirilib. Görülən qətiyyətli tədbirlər nəticəsində qısa müddətdə paytaxtda asayiş bərpa edilib, dövlət obyektinə qanunsuz müdaxilənin qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin mətbuata açıqlamasında yer alıb.

Akademik bildirib ki, baş verən bu hadisələrin gedişində qanunvericiliyin bir sıra tələblərilə yanaşı, ölkədə elan edilmiş karantin rejimi də kobud şəkildə pozulub. Bunun fəsadlarını isə biz, heç şübhəsiz, yaxın günlərdə əyani şəkildə görəcəyik. COVID-19 olduqca təhlükəli virusdur və onunla mübarizədə bu cür məsuliyyətsizliyə yol vermək cəmiyyətin taleyinə, insanların sağlamlığına göstərilmiş bir etinasızlıqdır. Heç kimin siyasi iddiaları və emosiyaları minlərlə günahsız insanı yoluxdurmağa əsas vermir. Daxili İşlər Nazirliyinin buna dair çağırışlarını qulaqardına vurmaq yolverilməzdir. Mən bu təxribatın bütün təşkilatçılarının qısa zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunacağına inanıram. Onlara qanunun sərt üzünün göstərilməsi ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanması baxımından olduqca zəruridir. Ümidvaram ki, hüquq-mühafizə orqanları təhlükənin miqyasını dəqiqliklə qiymətləndirərək bənzər hadisələrin təkrarlanmaması üçün bütün qabaqlayıcı tədbirləri görəcəklər. Xalqımızı, xüsusilə də gənclərimizi bir daha əmin etmək istəyirəm ki, dövlət rəhbərliyi Qarabağ münaqişəsinin həlli istiqamətində həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman prinsipial, güzəştsiz mövqe tutur. Ölkəmizin ərazi bütövlüyü məsələsi Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, heç vaxt müzakirə mövzusu olmamış və olmayacaqdır. Həmçinin bu illər ərzində Azərbaycan ordu quruculuğu sahəsində də ciddi addımlar atıb, müasir, yüksək döyüş qabiliyyətinə malik silahlı qüvvələrin yaradılması istiqamətində əhəmiyyətli uğurlar qazanıb. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Heç kəsin şübhəsi olmasın ki, zəruri siyasi şərait yetişdikdə və diplomatiyanın imkanları tamamilə tükəndikdə Azərbaycan bütün hərbi gücünü ərazi bütövlüyünün təmin edilməsinə yönəldəcək. Müharibə dağıntı, insan faciəsi, iqtisadi tənəzzül deməkdir və ölkəmizin son illərdə əldə etdiyi sabitliyi, infrastruktur imkanlarını əsla hiss-həyəcana qurban verib, böyük itkilərə yol vermək olmaz. Kimliyimizdən və tutduğumuz vəzifədən asılı olmayaraq hər birimiz şəhid olmuş hərbçilərimizi hüznlə anır, onların əziz xatirəsi qarşısında ehtiramla baş əyirik. Şəhidlərimiz bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Ancaq müharibənin öz qanunları var və bu qanunlarda emosiyaya, həyəcana və düşünülməmiş addımlara əsla yer yoxdur. Belə addımların sonu ancaq və ancaq faciə ilə nəticələnir. Həm dünya tarixində, həm də müstəqilliyimizin ilk illərinin təcrübəsində bunu təsdiq edən xeyli sayda nümunələr var. Gənclərimizə tövsiyə edirəm ki, emosional addımlar atmamışdan öncə geriyə baxsınlar, hisslərini cilovlayıb keçmişin təcrübəsindən lazımi nəticələr çıxarsınlar.

Başa düşmək lazımdır ki, böyük siyasət, dövlət idarəçiliyi olduqca mürəkkəb, incə və çoxtərəfli bir prosesdir. Ona qətiyyən səthi, yaxud birtərəfli yanaşmaq olmaz. Siyasi, xüsusilə də dövlət əhəmiyyətli qərarların verilməsi göründüyü qədər də sadə deyildir. Belə qərarlar meydanlarda qışqıraraq qəbul edilə bilməz. Onlar dəqiq təhlilə istinad edilməklə, soyuq başla verilməli və konkret hədəfə hesablanmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi fəlsəfəsi məhz bu təməllər üzərində bərqərardır. Dövlətimizin başçısı Azərbaycanın daxili və xarici siyasətinin dərin bilicisidir. Gəlin razılaşaq ki, onun bu keyfiyyətləri olmasa idi, çətin ki, Azərbaycan uzun illər ərzində belə bir mürəkkəb regionda sabit şəkildə inkişaf edə bilərdi.

Qeyd etdiyim kimi, Qarabağ məsələsi hər an dövlət başçısının nəzarətində və diqqətindədir, ölkənin bütün diplomatik resursları da məsələnin həlli üçün səfərbər edilib. Qarabağ məsələsi ətrafında siyasi manipulyasiyaların aparılması, münaqişədən daxili siyasi mühitin gərginləşdirilməsi üçün istifadə olunması əsla dövlət maraqlarına xidmət etmir. Hər birimizi məyus edən zorakılıq və dağıdıcılıq fəaliyyəti ancaq erməni təbliğatının maraqlarına xidmət edir, düşmənə daxili ictimai rəyi və dünya ictimaiyyətinin fikrini çaşdırmaq üçün əlavə bəhanələr verir. Hər kəs bunu yaxşı anlamalı, hərəkətlərini və bəyanatlarını yüz ölçüb bir biçməlidir. Təxribatçılar görməlidirlər ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır. İnsanların vətənpərvərlik duyğularını, şəhidlərimizin matəmini, cəmiyyətin kədərini çirkin siyasi oyunların alətinə çevirmək mənəviyyatsızlıq, hətta deyərdim ki, bağışlanmaz bir xəyanətdir. Belə oyunların iştirakçıları xalqımızın və dövlətimizin olduqca məkrli, təhlükəli düşmənləridir. Onların təxribatlarına qarşı ayıq olmaq hər birimizin borcu, müvafiq dövlət orqanlarının isə bilavasitə vəzifəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi hər zaman öz müstəqil dövlətini dəstəkləməkdən şərəf duyur. Azərbaycan Prezidentinin uzaqgörən, düşünülmüş siyasəti, möhkəm iradəsi bundan sonra da ölkəmizi işıqlı gələcəyə, tərəqqiyə aparacaq, düşmənlərin bütün hiylə və təxribatları isə baş tutmayacaq. Ermənistan rəhbərliyi, onun havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan xalqı üçün onun ölkəsinin müstəqilliyindən, ərazi bütövlüyündən, milli birlik və həmrəyliyindən daha əziz bir dəyər yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb