CƏMİYYƏT


Azərbaycan dövləti insan alverinə qarşı mübarizəyə xüsusi diqqət yetirir

Bakı, 16 oktyabr, AZƏRTAC 

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının binasında “İnsan alverinə qarşı mübarizə kampaniyasının keçirilməsi” mövzusunda tədbir keçirib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun sədri və layihənin əlaqələndiricisi Ramiz Alıyev insan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verib, bu sosial bəla ilə mübarizə mexanizmlərindən danışıb. Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizəyə xüsusi diqqət yetirdiyini vurğulayan R.Alıyev bu istiqamətdə vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən tədbirlərə Şuranın fəal dəstəyini xüsusi qeyd edib. Vurğulanıb ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi də hər il Azərbaycanın bütün regionlarını əhatə edən maarifləndirmə tədbirləri təşkil edir, cinayətkarlığın bu növünə qarşı fəal mübarizə aparır.

Biləsuvar Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbinə Hüseynzadə, rayon polis şöbəsinin əməkdaşı, polis mayoru Fikrət İsgəndərov çıxışlarında insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Sonda DİN-in təşəbbüsü ilə hazırlanan “Satılmış həyat” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.