ELM VƏ TƏHSİL


“Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” adlı respublika konfransı təşkil ediləcək

“Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” adlı respublika konfransı təşkil ediləcək

Bakı, 13 mart, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu il may ayında “Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” adlı respublika konfransı təşkil edəcək. Tədbir Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamına əsasən keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, konfrans “Azərbaycan teatr tarixi muzey arxivlərində”, “Tarixi şəxsiyyətlər dram əsərlərində və teatr səhnəsində”, “Teatr tarixi: teatr tənqidi və ədəbi tənqid”, “Folklor teatrı: mərasim və meydan tamaşaları”, “Dramaturgiya və teatrın Azərbaycan dilinin inkişafında rolu”, “Əsərlərin fəlsəfi ideyasının açılışında teatrın rolu” və “Məruzə tezislərinin tərtib olunma qaydaları” bölmələri üzrə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.