CƏMİYYƏT


Azərbaycan əczaçıları Çində keçirilən seminarda iştirak ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Çin Xalq Respublikasının Pekin və Quylin şəhərlərində “İnkişaf etməkdə olan ölkələr üçün dərman vasitələri ilə təminatın idarə edilməsi-2018” (“2018-Ministerial seminar on drug administration and management for developing countries”) mövzusunda keçirilən seminarda iştirak ediblər.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ölkəmizi mərkəzin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının baş mütəxəssisi Ülkər Abdullayeva və qeydiyyat-ekspertiza şöbəsinin mütəxəssisi Xalisə Əkbərova təmsil ediblər.

Seminar iştirakçiları dərman vasitələri ilə təminat, dərman və tibbi vasitələrə yaranan tələbatın qabaqcadan planlaşdırılması, Çin xalq təbabətinin şaxələri və inkişaf mərhələləri, dərman və tibbi vasitələrin dövlət reyestrində qeydiyyatı prosedurunda mövcud olan reformalar mövzularında mühazirələr dinləyiblər.

Mərkəzin əməkdaşları seminar iştirakçıları ilə “Fosun Farma” və “Quylin Farma” dərman vasitələri zavoduna gedərək “Artesun” adlı yeni nəsil malyariya əleyhinə dərman vasitəsinin istehsal prosesini müşahidə ediblər.

Seminarda Livan, Uqanda, Liberiya, Qambiya, Özbəkistan, Lesoto, Mozambik və Qanadan olan əczaçılar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.