ELM VƏ TƏHSİL


Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyası ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 13 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi ilə bağlı konsepsiyasının yekun nəticələrinin müzakirəsi keçirilib. Bildirilib ki, akademik İsa Həbibbəyli uzun illərdir ki, üzərində işlədiyi konsepsiya üzrə bir neçə dəfə ölkədə və xarici ölkələrdə məruzə ilə çıxış edib, mövzu ilə bağlı elmi ictimaiyyət arasında geniş müzakirə və diskussiyalar keçirilərək yeni təsnifat təqdir olunub.

Tədbirdə İsa Həbibbəyli diqqətə çatdırıb ki, müasir Azərbaycan ədəbiyyatşünaslığının qarşısında duran mühüm vəzifələrdən biri milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatını hazırlamaqdan ibarətdir. O, milli ədəbiyyatın keçdiyi çoxəsrlik inkişaf yolunun elmi-nəzəri cəhətdən yenidən və əsaslı şəkildə dövrləşdirilməsi zərurəti konkret olaraq yalnız Azərbaycanın bir ölkə kimi dövlət müstəqilliyi qazanmasından sonra meydana çıxdığını vurğulayıb.

İsa Həbibbəylinin müəllifi olduğu Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyası ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb. Ədəbiyyatşünas alimlər bu konsepsiyanın zəruriliyini vurğulayaraq böyük elmi əhəmiyyətindən geniş bəhs ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.