CƏMİYYƏT


Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 3-də ağacəkmə kampaniyası keçirilib.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ekoloji siyasət Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlətimizin başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması ilə bağlı tapşırıqlarına uyğun olaraq, ardıcıl tədbirlər görülür. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya İli” elan edilməsi, habelə son dövrlər davamlı olaraq genişmiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə aksiyalarına fəal qoşularaq ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə nazirliyin Penitensiar Xidmətinin Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin ətraf ərazilərində ağacəkmə aksiyası və genişmiqyaslı abadlıq işləri təşkil edilib.

Ədliyyə Nazirliyinin rəhbərliyinin və məsul əməkdaşlarının iştirak etdikləri aksiyada altı hektar ərazidə üç mindən çox müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.

Yubiley ərəfəsində, həmçinin paytaxtın Binəqədi, eləcə də Zaqatala rayonlarında inşası başa çatmış yeni məhkəmə binalarının ətrafı abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Digər bölgələrdə də regional ədliyyə idarələri və məhkəmələr tərəfindən ağacəkmə kampaniyaları təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.