CƏMİYYƏT


Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb

Bakı, 14 iyul, AZƏRTAC

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 31 min 428 nəfər və ya 0,3 faiz artaraq bu il iyun ayının 1-i vəziyyətinə 9 milyon 929 min 513 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin 5 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55 min 653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.

Cari ilin yanvar-may aylarında ölkədə 25 min 277 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

Beş ay ərzində qeydiyyat şöbələri tərəfindən 22 min 489 nikah və 6 min 177 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1605 nəfər Azərbaycana gələn, 553 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1052 nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.