İQTİSADİYYAT


Azərbaycan elektrik enerjisinin ixracını 2 dəfəyədək artırıb

Bakı, 12 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 156 milyon 305 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, 6 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 54 milyon 606 min ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövründə ölkədən 584 milyon 427 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 25 milyon 98 min dollar olub.

Beləliklə də, bu ilin birinci yarısında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.