ELM VƏ TƏHSİL


Azərbaycan elm və təhsil qurumlarının Avropanın elmi bazalarına çıxışının təmin olunması zəruridir

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda ölkəmizin elmi ictimaiyyəti adından Avropa İttifaqına ünvanlanmış bir sıra təkliflər səsləndirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, alim “EaPConnect” layihəsi çərçivəsində qabaqcıl biliklərin əldə olunması və Avropa elmi mühitinə inteqrasiya məqsədilə Azərbaycanın elm və təhsil qurumlarının “Web of Science”, “Scopus”, “Springer” kimi beynəlxalq elmi bazalara çıxışının təmin olunmasının zəruri olduğunu diqqətə çatdırıb, bu məsələdə Avropa İttifaqı və GEANT-ın maliyyə dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Hazırda AMEA-da yüksəkixtisaslı kadr hazırlığı sahəsində ciddi tədbirlərin görüldüyünü, multidissiplinar tədqiqatların aparıldığını vurğulayan R.Əliquliyev bu istiqamətdə Avropa universitetləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, Avropa İttifaqının elm və ali təhsil müəssisələrində online təhsil (bakalavr, magistr, doktorantura ) pillələrinin yaradılmasının vacibliyini önə çəkib. Bu məsələ ilə bağlı xüsusi dövlət proqramının hazırlanmasının məqsədəuyğun olduğunu vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.