Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan elminin Avropaya inteqrasiyasında GEANT şəbəkəsinin roluna dair müzakirələr aparılıb

Bakı, 22 iyun, M.Dadaşov, P.İmanova, AZƏRTAC 

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi “EaPConnect” layihəsini, onun imkanlarını və ölkəmizdə elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etməkdir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Azərbaycanın elm və təhsili üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, dünyada davam edən ümumi inkişaf meyillərinə uyğun olaraq, ölkəmizdə də yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması qarşıya məqsəd qoyulub. Ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlər prioritetlər sırasında əksini tapıb. Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biri də genişzolaqlı internet şəbəkəsini yaratmaq, müvafiq ölkələrin aidiyyəti qurumlarının Avropanın elm və təhsil şəbəkəsinə inteqrasiyasını təmin etmək, həmin dövlətlərdə fəaliyyət göstərən alim və mütəxəssislərin beynəlxalq elmi əməkdaşlığına dəstək verməkdir. AMEA da, missiyasına uyğun olaraq, bu prosesdə fəal iştirak edir.

AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasındakı işgüzar əlaqələrdən danışan AMEA prezidenti bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. İTİ və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanacaq əməkdaşlığa dair müqaviləyə toxunan A.Əlizadə sənədin Azərbaycanının elektron elm və elektron təhsil mühitlərinin inteqrasiyası, beynəlxalq təşkilatlarda ölkəmizin elm və təhsil qurumlarının İKT sahəsində maraqlarının birgə təmini baxımından əhəmiyyətini vurğulayıb.

Sonra təhsil naziri Ceyhun Bayramovun “Təhsildə İKT və Azərbaycan təhsil şəbəkəsi” mövzusundan məruzəsi dinlənilib. Nazir bildirib ki, informasiya cəmiyyətinin yarandığı, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı indiki şəraitdə İKT-nin inkişafı ölkənin rəqabətqabiliyyətliliyinin, intellektual və elmi potensialının vacib göstəricilərindən birinə çevrilib. Ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların informasiya texnologiyalarından səmərəli istifadə imkanları ilə müəyyənləşir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-2007-ci və 2008-2012-ci illəri əhatə edən iki dövlət proqramı təsdiqlənib və həyata keçirilib. Nəticədə təhsil sisteminin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, rəqəmsal tədris resurslarından istifadə imkanlarının genişləndirilməsi, pedaqoji və inzibati heyətin İKT bacarıqlarına yiyələnməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

C.Bayramov diqqətə çatdırıb ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə bu tədris ilindən Bakının 45 ümumtəhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində məktəblərdə 42 yeni kompüter otağı yaradılıb. Həmin otaqlar 1.500-dək kompüterlə təchiz edilib və yüksək sürətli internet bağlantısı təmin olunub. Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə 2008-ci ildən “Elektron məktəb” layihəsi həyata keçirilir. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, İKT bacarıqlarına yiyələnməsi istiqamətində cari tədris ilində üç mindən çox pedaqoji və inzibati-idarəetmə heyəti üçün təlimlər keçirilib. Təhsil Nazirliyi elektron resursların aktuallığını nəzərə alaraq, elektron resurslar (e-resurs.edu.az), e-dərsliklər (e-derslik.edu.az), e-testlər (e-test.edu.az) və videolar (video.edu.az) portalları yaradıb.

Təhsil naziri deyib: “İTİ tərəfindən idarə olunan “AzScienceNet” elmi şəbəkəsi ali təhsil müəssisələrimizə 30-dan artıq ölkənin 3500-dən çox təhsil müəssisəsini özündə birləşdirən GEANT-a çıxış imkanı yaradır. İnanırıq ki, GEANT şəbəkəsi elmi tədqiqatların səmərəliliyinin artırılmasına, ali təhsil müəssisələrinin innovasiya mərkəzlərinə çevrilməsinə töhfəsini verəcək”.

“İKT sahəsində Avropa ilə əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dünyada informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik inkişafını vurğulayıb. Bildirilib ki, bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş siyasətə əsasən, qeyri-neft sektoru, o cümlədən İKT və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanın bir sıra elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin GEANT-a qoşulması əlamətdar hadisədir. Yaradılmış bu infrastruktur elm və təhsil sahələrinin texnoloji inkişafına xidmət edir. Hazırda Avropa İttifaqı ilə ölkəmiz arasında İKT sahəsində qarşılıqlı hörmət və maraq prinsipləri üzərində qurulmuş əlaqələr mövcuddur. R.Quluzadə deyib: “Biz rəqəmli iqtisadiyyat istiqamətində Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. Bu qurumun Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində “Rəqəmli bazarların uyğunlaşdırılması (HDM)” təşəbbüsündə iştirak edirik. Azərbaycan EU4Digital şəbəkəsinin “İKT innovasiya və startap ekosistemləri” istiqaməti, eyni zamanda, elektron ticarət istiqamətinin elektron gömrük bölməsi üzrə əlaqələndirici ölkədir. Artıq bu istiqamətlər üzrə bir sıra işlər aparılır. Həmçinin nazirliyin strukturuna daxil olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Avropa İttifaqı ilə birgə “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsi həyata keçirilir. Azərbaycanda elm və təhsil sahəsinin də Avropaya inteqrasiyası sürətlə davam edir. Bu prosesin həyata keçirilməsində AMEA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə sıx əməkdaşlıq edir. Məhz bu əməkdaşlığın nəticəsidir ki, bu gün ölkəmizdə elm və təhsil üçün elektron infrastruktur yaradılır”.

Daha sonra xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin “Avropa İttifaqı və Azərbaycan: əməkdaşlıq və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərdən, bu əlaqələrin inkişafından danışan nazir müavini bildirilib ki, hazırda ölkəmizin bu qurum ilə əməkdaşlığı yüksək səviyyədədir. Belə ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir sıra mühüm sənədlər imzalanıb. Hazırda ölkəmiz ilə qurum arasında yeni sazişin imzalanması barədə danışıqlar aparılır. Strateji əhəmiyyətə malik olan bu sənəddə elm və təhsillə bağlı bəndlər də yer alıb. M.Məmmədquliyev deyib: “Əminəm ki, bu strateji sənəd Avropa İttifaqı ilə əlaqələrimizə öz töhfəsini verəcək”.

“EaPConnect” layihəsinin rəhbəri Maria Minarikova bu təşəbbüs barədə təqdimatla çıxış edib.

Daha sonra AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyevin “AzScienceNet elm kompüter şəbəkəsi” mövzusunda məruzəsi dinlənilib. O, İTİ-nin 2014-cü ildən etibarən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) Azərbaycanı uğurla təmsil etdiyini xatırladıb. Bildirilib ki, AzScienceNet şəbəkəsinin Avropanın elm və təhsil şəbəkələrinə inteqrasiyasının məqsədi Avropa İttifaqının “EaPConnect” layihəsi çərçivəsində göstərdiyi dəstəkdən elm və təhsil müəssisələrimizdə səmərəli istifadəsini təmin etmək, Avropanın elm və təhsil qurumları ilə əlaqələrini gücləndirməkdir. İnstitut 2015-2020-ci illərdə icra olunan “Eastern Partnership Connect (EaPConnect)” layihəsində də Azərbaycanı təmsil edir.

R.Əliquliyev ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının genişzolaqlı internetlə tam təmin olunması, AzScienceNet şəbəkəsi xidmətlərindən respublikanın ali təhsil müəssisələrinin və elmi qurumlarının geniş istifadəsi məqsədilə görüləcək işlərdən də danışıb. İnstitut direktoru, həmçinin AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri, infrastrukturu, imkanları, təqdim etdiyi xidmətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edilib ki, qloballaşan dünyada, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə elm və təhsilin qarşısına yeni tələblər qoyulur. İKT-nin müasir inkişaf səviyyəsi elm və təhsil sahəsində operativ, çevik inteqrasiyanın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq və tərəfdaşlığın inkişafı üçün böyük imkanlar yaradır. AMEA da dövlət siyasətinə uyğun olaraq, elm və təhsilin inteqrasiyasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir. AMEA-nın AzScienceNet elm kompüter şəbəkəsi akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir. AzScienceNet 2015-ci ildə GEANT milli operator statusunda üzvlüyə qəbul olunub.

Sonda AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi institutun direktoru, akademik Rasim Əliquliyev və idarənin rəisi vəzifəsini icra edən Vüsal Xanlarov imzalayıblar.

Müqavilədə “EaPConnect” layihəsi çərçivəsində Avropa İttifaqının göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmini, ölkənin ali təhsil müəssisələri ilə Avropanın elm və təhsil qurumları arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmini, “EaPConnect” layihəsi çərçivəsində institutun GEANT şəbəkəsinə qoşularaq əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə verilməsi məsələləri əksini tapıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə və təhsil naziri Ceyhun Bayramov müqaviləni təsdiqləyiblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq