ELM VƏ TƏHSİL


Azərbaycan elminin inkişafında Ümummilli Liderin xidmətləri əvəzsizdir

Bakı, 7 may AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsində göstərdiyi xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan elminin inkişafında da müstəsna xidmətlər göstərmiş bir siyasi xadim olub.

İnstitutun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov və elmi katibi, dosent Əzizağa Nəcəfov Ümummilli Liderin bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan, onun uzaqgörən siyasətinin uğurlu nəticələrindən danışıblar.

Daha sonra Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Ümummilli lider Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə filologiya üzrə elmlər doktoru Kamandar Şərifov ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutuna göstərdiyi diqqət və qayğıdan danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.