CƏMİYYƏT


Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşları bütün sosial sığorta xidmətlərindən yararlana bilirlər

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycanda işləyən Türkiyə vətəndaşları və Türkiyədə işləyən Azərbaycan vətəndaşları əmək müqaviləsi ilə işlədikdə müvafiq dövlətlərin sosial və iş sığortası, həmçinin icbari tibbi sığorta baxımından tam hüquqlu hesab edilirlər. Yəni, həmin işçilər qeyd edilən bütün sosial xidmətlərdən istifadə edə bilirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, əmək müqaviləsi olmadan Azərbaycanda və ya Türkiyədə vətəndaşların dost ölkələrdəki fəaliyyəti ilə bağlı tənzimləmə məsələləri müzakirə edilir: "Onların əmək fəaliyyətlərini leqallaşdırmaq əsas hədəflərdəndir. Hər iki ölkənin əhalisinin əksəriyyətinin gənc olduğunu nəzərə alaraq deyə bilərik ki, gənclərin, yeni mütəxəssislərin iş yeri ilə təmin edilməsi və onların müxtəlif aktiv məşğulluq proqramlarına cəlb edilməsi də başlıca hədəflər arasındadır. Hədəflərə çatmaq üçün həm Azərbaycan, həm də Türkiyədə tətbiq edilmiş və özünü doğrultmuş proqramlardan faydalanacağıq".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.