Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan ən müasir silahlardan istifadə edərək dünyaya örnək göstərir

Azərbaycan ən müasir silahlardan istifadə edərək dünyaya örnək göstərir

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı ilə dünya hərb tarixində yeni səhifə açıb. Dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilərin, bu sahə üzrə mütəxəssislərin fikrincə, Azərbaycan XXI əsrdə müharibə aparmağın parlaq nümunəsini ortaya qoyub.

Bunu AZƏRTAC-a açıqlamasında ekspert, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.

A.Mirzəyev deyib: “Artıq beynəlxalq hərbi dairələrdə də belə bir yanaşma mövcuddur ki, bu müharibə ən müasir silahlarla təchiz olunan Azərbaycan Ordusu ilə 2-ci nəsil silahlara sahib Ermənistan silahlı qüvvələri arasında olan hərbi əməliyyatdır. Azərbaycan Ordusu tabeliyində olan müasir silahları tətbiq etməklə döyüşlərin ilk saatından başlayaraq düşmənə ağır zərbələr endirir. Düşmənin çoxlu sayda texnikasını, artilleriya sistemini, ilk olaraq hava hücumundan müdafiə sistemini məhv edir. Onların sırasında S-300 raket kompleksi və hətta “Tor-2MK” tipli raket kompleksi də var. Döyüş əməliyyatları zamanı düşməndən çoxlu sayda qənimətlər götürülüb - tanklar, piyadaların döyüş maşınları, eləcə də döyüş meydanında düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib.

Bu gün Azərbaycan Ordusu müharibəni yeni texnoloji yanaşmalar əsasında aparır. Ordumuz “minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşür. Bu da onu göstərir ki, ordumuz 15 il müddətində hərbi büdcəsini əbəs yerə yüksələn xətt üzrə artırmayıb. Azərbaycan uzun illər ən müasir silahların alınması, pilotsuz uçuş sistemlərinin əldə edilməsinə xüsusi diqqət yetirib. Bu kimi addımlar bu gün bəhrəsini verir və sözdə deyil, artıq əməldə Azərbaycan Ordusu imkanlarını, döyüş qabiliyyətini sübut edir. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun döyüş taktikasını dünyanın ən güclü ordularından birinə sahib olan ABŞ da etiraf edir. ABŞ ordusunun Quru Qoşunlarının Baş qərargah rəisi, ordu generalı Ceyms MakKonvill mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycanın Qarabağda apardığı müharibə öyrənilməsi və gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından əhəmiyyət daşıyır. Amerika ordusunun rəsmisi açıq şəkildə bildirib ki, azərbaycanlıların taktikası dünyanın ordu təmsilçilərini tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir. Bununla belə Azərbaycan Ordusu tam hərbi qaydalara uyğun olaraq müharibə aparır.

“Azərbaycan Ordusu konvensional müharibə praktikasını əsas tutmaqla onu yeni elementlərlə - yüksək dəqiqlikli silahların tətbiqini genişləndirmək, “vertikal zərbə” taktikasına (döyüşün müqəddəratının həllində dronların rolu) üstünlük vermək, mülki əhaliyə və dinc infrastruktura heç bir zərər vurmamaq və dolayı fəaliyyətlər strategiyasından yalnız legitim hərbi hədəflər üçün istifadə etməklə zənginləşdirmiş oldu. Yüksək peşəkarlıqla öz vəzifəsini yerinə yetirən Azərbaycan Ordusu hərbi əməliyyatların lokal müharibə hüdudlarından kənara çıxmamağa, üçüncü dövlətlərin müdaxiləsinə yol verməməyə və döyüş zamanı beynəlxalq qaydalara və normalara əməl etməyə çalışır.

A.Mirzəyev bildirib ki, rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan Ordusunu nəzərdə tutaraq bir ordunun başqa bir ordu ilə döyüşdə silahlardan bu qədər yüksək dəqiqliklə istifadə etməsi nümunəsinin dünyanın hələ görmədiyini qeyd edib. Hərbi ekspertin qənaətinə görə, hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından Azərbaycanın yürütdüyü əməliyyat dünya tarixində ilkdir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi döyüş meydanında belə miqyasda dronlardan istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut edir. Eyni zamanda, Azərbaycan PUA-lardan məharətlə istifadə etməklə canlı qüvvə itkisini də minimuma endirib. Azərbaycan hərbi uğurlar qazanmaqla, eyni zamanda, Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını da qoruyub saxlayır. Başqa sözlə, Qarabağda Azərbaycan Ordusunun apardığı müharibə dünya hərb tarixində yeni səhifənin açılmasını şərtləndirib.

“Dünyanın istənilən nöqtəsində baş verən müharibədə qələbənin təmin olunması üçün bir neçə vacib tələblər var: düşünən beyin və vuran əllərdən ibarət canlı qüvvə, müasir texniki imkanlar, davamlı hərbi təminat və əhval ruhiyyə... Bu tələblər təmin olunursa, döyüş meydanında uğur mütləq təmin edilir. Azərbaycan Ordusunda bunların hamısı var. Əlbəttə ki, bütün bu prosesə peşəkarlıqla liderlik edən Ali Baş Komandandır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ildən-ilə hərbi büdcəmiz məqsədyönlü şəkildə artırılıb. Nəticə isə göz önündədir. Bu gün döyüş meydanında hər bir vətəndaş formalaşdırılmış hərbi büdcənin bəhrəsini görür, özünün bu prosesdə bilavasitə iştirakına sevinir. Bu gün Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı, döyüş imkanları, peşəkarlıq səviyyəsi və qələbə əzmi o səviyyədədir ki, Ali Baş Komandanın bütün döyüş tapşırıqları uğurla icra edilir.

Azərbaycan Ordusu, şəxsi heyət heç bir çətinliklərdən qorxmur, döyüşmək üçün irəli atılır və düşmənin canlı qüvvəsini məhv edir. Məhz bunun nəticəsidir ki, döyüş bölgəsində minlərlə düşmən cəsədi qalıb. Hətta itkilərin çoxluğu səbəbindən qarşı tərəf öz cəsədlərinə də sahib çıxmaq istəmir. Bu gün Azərbaycan Ordusunun ən mühüm strateji yüksəklikləri ələ keçirib və bu, bizim üçün yeni imkanlar açır. Bu gedişlə qısa müddətdə düşmənin müqavimətinin tam olaraq qırılması və ərazilərimizin hamısının azad edilməsinin şahidi olacağıq”, - deyə Ayaz Mirzəyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib