İQTİSADİYYAT


Azərbaycan energetika sektorunun inkişaf strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsində maraqlıdır

Bakı, 6 iyul, AZƏRTAC

Energetika Nazirliyində Avropa İttifaqının (Aİ) EU4Energy Proqramının dəstəyi, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin və bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə uzunmüddətli enerji strategiyası üzrə yeni metodologiyanın hazırlanmasına dair iclas keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev enerji strategiyasının bəzi inkişaf etmiş ölkələrdə dövlətin uzunmüddətli strateji proqramlarından biri kimi qəbul olunduğunu bildirib. Qeyd edib ki, yeni texnologiyaların inkişafı, artan enerji tələbatının ödənilməsində enerji təhlükəsizliyinin rolunun güclənməsi dövlətlərdən öz enerji strategiyalarını dəyişən tələblərə uyğun qurmalarını tələb edir. Nazir müavini bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsini vacib sayıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin energetika məsələləri üzrə müşaviri Erik Somelar məqsədlərə çatmaq üçün birgə işləməyin vacibliyini vurğulayıb.

Sonra EU4Energy layihəsi üzrə ekspert İlka Levinqton Avropa İttifaqı və Şərqi Avropada enerji strategiyasının hazırlanması ilə bağlı bəzi ölkələrin təcrübəsindən bəhs edən təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan bu təcrübəni özü üçün təhlil etməli, energetika sektoru üzrə uzunmüddətli strategiyanın hazırlanmasına dair nəzərdə tutulan addımları, hədəf və baxışları müəyyənləşdirməlidir.

Tədbirdə, həmçinin enerji strategiyası üzrə yeni metodologiyanın hazırlanması üçün qarşıda duran vəzifələr, hər bir sektor üzrə 2030-cu ilə qədər əsas məqsəd və göstəricilərin təqdim edilməsi, planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.