İQTİSADİYYAT


“Azərbaycan energetikası” filmi və kitabının təqdimatı olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Elektrik enerjisinin istehsalı, ötürülməsi və idarə edilməsini təmin edən “Azərenerji” ASC, elektrik enerjisinin paylanmasını həyata keçirən “Azərişıq” ASC ilə birgə 20 oktyabr - Energetiklər Günü münasibətilə “Azərbaycan elektroenergetikası” adlı film hazırlayıb və eyni adlı kitab nəşr edib.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu il Azərbaycan elektroenergetikasının sistemləşməsinin 120, paylayıcı elektrik şəbəkəsinin formalaşmasının 90 ili tamam olur.

Hər iki qurumun birgə hazırladığı filmdə, o cümlədən kitabda Azərbaycan elektrik enerji sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin tarixindən bəhs edilib. 19-cu əsrdə çar Rusiyası dövründən başlayaraq, Cümhuriyyət dövründə, sovetlər zamanında və müstəqillik illərində elektroenergetika sahəsinin tarixi xronologiyası geniş yer alıb və son illərdə energetika sahəsində həyata keçirilən islahat, inkişaf, tikinti və yenidənqurma işləri pilləli şəkildə təqdim olunub. Həm film, həm də kitabın təqdimatı “Şimal” Elektrik Stansiyasının konfrans zalında keçirilib.

Qeyd edək ki, “İOS” və “Android” əməliyyat sistemli telefonlardan “Azərbaycan elektroenergetikası” adlı proqramı endirib kitab haqqında interaktiv məlumat almaq, eyni zamanda Azərbaycan elektroenergetikası filminə “https://www.youtube.com/watch?v=80uOI8dYkEo” linki vasitəsilə baxmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.