Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır

Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır

Bakı, 20 oktyabr, AZƏRTAC

Bu gün 20 oktyabr - Energetiklər Günüdür. Azərbaycan energetikləri uzun illərdən sonra ilk dəfə olaraq öz peşə bayramlarını yeni tarixi reallıqda - ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad edilib, bu ərazilərimizin dirçəldilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıb. Azərbaycan Vətən müharibəsini cəmi 44 gün ərzində tarixi Qələbə ilə başa çatdırdığı kimi, azad yurdlarımızı qısa müddətdə yenidən qurub inkişaf axarına qovuşdurmaq əzmini də bütün dünyaya nümayiş etdirir. Qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında icrasına başlanmış əhatəli layihələr buna sübutdur.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, bütün inkişaf proseslərində olduğu kimi bu ərazilərin bərpası və inkişafında da enerji amili həlledici rol oynayır. “Yaşıl” texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi, regionun enerji təminatı ilə bağlı strateji hədəflər energetiklərimiz qarşısında yeni vəzifələr, perspektiv fəaliyyət planları müəyyənləşdirir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verilir. Qələbədən dərhal sonra 2020-ci ilin noyabrında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrarası Mərkəzin İşçi Qruplarından biri məhz enerji təminatı məsələləri üzrə fəaliyyət göstərir. Bu ilin sonuna qədər bütün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib. 8 MVt gücə malik “Güləbird”, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır.

110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. 110/35/10 kV-luq “Qubadlı”, “Zəngilan”, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaq, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür.

Paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə “Daşaltı” yarımstansiyası tikilərək istismara verilib. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 kV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq “Suqovuşan” yarımstansiyası inşa edilərək istismara verilib.

Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 kilometrə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dövlət başçısının ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.

Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Hələ Vətən müharibəsi ərəfəsində ərazilərimizin işğaldan azad olunacağına böyük ümumxalq inamının rəmzinə çevrilmiş bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.

Strateji hədəflər isə daha böyükdür və regionun gələcəyi ilə bağlı dövlətimizin başçısının aydın, uzunmüddətli dayanıqlı inkişafa əsaslanan baxışlarını əks etdirir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqeyini ifadə edib: “Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.”

Bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası” nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb. Baş Plan isə tərtib olunmaqdadır. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsətdir. Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərdəndir. Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə BP ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik təxminən 500 milyon kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.

“Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir. Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda “Məlumat sorğusu” mərhələsi üzrə işlər davam etdirilir.

Ümumən, “Yaşıl Enerji Zonası”nın yaradılması yalnız enerjinin bərpa olunan enerji mənbələrindən əldə olunmasını deyil, həm də onun ötürülməsi, paylanılması və istehlakında ən effektli və “ağıllı” sistemlərdən istifadə edilməsi, kiçik həcmli bərpa olunan enerji həllərinə, enerji səmərəliliyinə önəm verilməsi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi, məşğulluq və yerli resurslardan istifadənin artırılması kimi çoxşaxəli məsələləri əhatə edir.

“Yaşıl Enerji Zonası” üzrə nailiyyətlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə energetika sahəsində qarşıya qoyulmuş hədəflərə də öz töhfəsini verəcək. Belə ki, “Yaşıl enerji məkanı” növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir. Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli səviyyədə dəstəyi təmin edəcək bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və investisiyaların cəlbi məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir. Bütün bu istiqamətlər üzrə hədəflərimiz ölkəmizin enerji transformasiyası prosesinə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin etməklə daxil olmasına imkan yaradır. Dünyada yüksək siyasi və maliyyə dəstəyi ilə müşayiət olunan və texnologiyaların sürətli inkişafı ilə təşviq edilən “yaşıl enerji”yə keçid prosesində bərpa olunan enerji mənbələrinin mövqeyi güclənir. Nüfuzlu beynəlxalq enerji təşkilatlarının qiymətləndirmələrinə görə, ötən il dünyada bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin qoyuluş gücündə 36,5 faizə, elektrik enerjisinin istehsalında isə 29 faizə yüksəlib. Beynəlxalq Enerji Agentliyi dünyanın enerji sisteminin “xalis sıfır” emissiyalar cığırı ilə irəliləyəcəyi təqdirdə, 2050-ci ildə elektrik enerjisi istehsalının, təxminən 90 faizinin bərpa olunan enerji mənbələrinin payına düşəcəyini, bu göstəricinin 70 faizinin isə yalnız külək və günəş enerji mənbələrindən əldə ediləcəyini proqnozlaşdırır. Avropa və Asiyada hazırkı enerji böhranları bərpa olunan enerji mənbələrinin dayanıqlılığının hələ yüksək olmadığını qabartsa da, ümumi tendensiya, xüsusilə də atmosferə atılan istixana qazları emissiyalarının azaldılmasında əsas həll aləti kimi bərpa olunan enerji mənbələrinə üstünlük verilməsi göstərir ki, dünyanın gələcək enerji mənzərəsini əsasən yaşıl texnologiyalar, həmçinin enerji səmərəliliyi müəyyənləşdirəcək.

Bu aspektdə, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçilməsi Azərbaycanın müasir enerji siyasətinin qlobal trendlərə uğun prioritetləri və energetika sektorunda islahatların başlıca məqsədləridir. Hədəfimiz ölkəmizin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3 faizdən 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarımızla artıq reallaşdırırıq. Hər iki layihə üzrə müəyyənləşdirilmiş ərazilərdə ölçü-müşahidə, topoqrafiya işləri, mühəndis-geoloji, həmçinin ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar başa çatdırılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və aidiyyəti qurumlarla birlikdə elektrik stansiyalarının investorlar tərəfindən inşasına başlanması üçün əlaqəli məsələlər üzrə işlər davam etdirilir. Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 milyard kVt·st elektrik enerjisinin istehsalı, 330 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir.

Bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır. Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə birbaşa cəlbetmə və hərraclar vasitəsilə reallaşdırılması nəzərdə tutulur. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb. Bu çərçivədə ölkənin bərpa olunan enerji mənbələri potensialının atlası işləniləcək və müvafiq hüquqi aktların qəbulundan sonra atlasa daxil edilmiş ərazilər investorlara təklif ediləcək. Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri artıq hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən seçilmiş məsləhətçi şirkətin dəstəyi ilə gələn il keçirilməsi planlaşdırılır.

“Böyükşor” gölündə isə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyasının tikilməsinə başlanılıb. Stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Ümumilikdə, “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpa olunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb. Bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb.

Növbəti beş il ərzindəki planlarımıza SES və KSES-lər üzrə azı 200 MVt-lıq yeni istehsal gücünün yaradılması, həmçinin aktiv istehlakçılar üzrə şəbəkəyə qoşulan gücün əlavə 10,000 kVt artırılması daxildir.

Xəzər dənizinin külək enerjisi potensialından da istifadə yaşıl enerji kursumuzda özünə yer alır. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq çərçivəsində bu potensialın qiymətləndirilməsi və yol xəritəsinin hazırlanması üzrə işlər davam edir. İlkin tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt həcmində qiymətləndirilir. Dənizdə mövcud olan bu potensialdan elektrik enerjisinin ixracı, həmçinin yaşıl hidrogen istehsalı ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq perspektivlərdir. Ümumən, enerji keçidi prosesində həlledici alət kimi qəbul edilən hidrogen istehsalı və istifadəsi üzrə BMK ilə yanaşı Böyük Britaniyanın BP, KBR, eləcə də BƏƏ-nin “Masdar” və Norveçin “Equinor” şirkətləri ilə təcrübə mübadiləsi aparılır. Beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində təhlillər nəticəsində ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir. Bunlar dənizdə külək enerjisi layihəsi çərçivəsində elektroliz qurğularının elektrik enerjisi ilə təchizatını həyata keçirərək “yaşıl” hidrogenin, dənizdə təbii qaz istehsalı ilə əlaqədar karbon tutma texnologiyalarının tətbiqi nəticəsində “mavi” hidrogenin istehsalını əhatə edir.

Son bir il ərzində bərpa olunan enerji üzrə qanunverici, tənzimləyici və institusional mühitin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar irəlidə bu sahədə nəzərəçarpacaq nailiyyətlərə zəmin yaradır. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun qəbulu, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və Agentliyin fəaliyyətinin səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında yenidən təşkili bu qəbildən olan addımlardır. Agentliyin fəaliyyətinin ölkəmizdə “yaşıl artıma” töhfə verməyə köklənməsi, həmçinin yeni qanun xarici investorların, özəl sektorun və vətəndaşların bərpa olunan enerji sahəsində iştirakı kimi bir sıra yenilikləri tənzimləyən ilk normativ-hüquqi sənəd olaraq bizi “yaşıl enerji” ilə bağlı hədəflərimizə yaxınlaşdıracaq. Aktiv istehlakçının dəstəklənməsi, informasiya sisteminin yaradılması və bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə aid sertifikatın verilməsi məqsədilə bir sıra alt qanunvericilik aktlarının qəbulu isə prosesi sürətləndirəcək.

Bu il qəbul edilmiş daha bir qanun - “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun müasir inkişafın tələbi kimi səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaq. 2022-ci il iyulun 1-dən qüvvədə olacaq bu qanundan irəli gələn normativ hüquqi aktların beynəlxalq təcrübə əsasında hazırlanmasına başlanılıb. Həmçinin sahələr üzrə yol xəritələrinin hazırlanması istiqamətində müvafiq tədbirlər görülür.

Bərpa olunan enerji mənbələrindən istifadə ilə birgə enerji resurslarına qənaət atmosferə atılan tullantıların azaldılmasında əsas vasitələrdən biri hesab olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim edilmiş “Azərbaycan üzrə 4-cü milli məlumatlar” sənədinə əsasən, 2016-cı ildə Azərbaycan 1990-cı illə müqayisədə tullantıların 31,6 faiz azalmasına nail olub. Bununla belə, bu müddətdə enerji sektorumuzda istilik effekti yaradan qazların emissiyaları azalaraq 48 milyon tona düşsə də, emissiyaların ümumi həcmində energetika sektorunun (nəqliyyat da daxil olmaqla) payı təxminən 70 faiz təşkil edir. Son on ildə 1 kVt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacağın miqdarının 318 qramdan 263 qrama qədər azalması mühüm irəliləyişdir. Lakin qarşıdakı illərdə bu göstəricinin daha da aşağı salınması, enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin müvafiq olaraq 2 faiz və 8 faizədək azaldılması kimi hədəflər müəyyənləşdirilib. Bu məqsədlə enerji səmərəliliyini təmin edəcək enerji auditinin aparılması, enerji effektivliyi xidmətlərinin tətbiqi, etiketləmə, binaların pasportlaşdırılması, idarəetmə standartlarının, müvafiq fondun yaradılması nəzərdə tutulur. Həmçinin səmərəli yeni stansiyaların tikintisi çərçivəsində gücü 550 MVt-a qədər olan yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının xarici investisiya hesabına inşası planlaşdırılır. İndiyə qədər 10-dan artıq şirkətdən təklif alınıb və hazırda layihə ilə bağlı təkliflərə baxılır. Həm bu tədbirlər, habelə yaşıl texnologiyaların, enerji saxlanc sistemlərinin, karbon tutulması texnologiyalarının tətbiqi ilə bağlı planlar səmərəliliyə və energetika sektorunda yaranan karbon emissiyalarının azalmasına şərait yaradacaqdır. Eyni zamanda, 2030-cu ilə qədər nəzərdə tutulan 1500 MVt gücündə BOEM layihələrinin istifadəyə verilməsi də əlavə olaraq ildə 1,5 mln. tondan çox emissiyaların atmosferə atılmasının qarşısını alacaqdır. Bundan əlavə, illik 190 mln. kVt·st elektrik enerjisi istehsalı gözlənilən 36 MVt gücündə “Ordubad” SES-in tikilib istismara verilməsi də enerji ilə yanaşı ekoloji təhlükəsizliyə töhfə verəcək.

Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, ətraf mühitə vurulan zərərin minimuma endirilməsində və enerji resurslarından səmərəli istifadə edilməsində daha yüksək nəticələr enerji istehsalçıları və istehlakçıları arasında münasibətlərin mütərəqqi bazar prinsipləri əsasında tənzimlənməsi ilə mümkün olar. Bu baxımdan dövlətimizin başçısının müəyyən etdiyi islahatlar kursunda elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması xüsusi yer tutur. Bu tapşırığın icrası məqsədilə liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər, “Elektroenergetika haqqında” Qanunun yeni layihəsi hazırlanıb. İslahatlar çərçivəsində hazırlanmış “Energetika haqqında”, “Qaz təchizatı haqqında” Qanun layihələri üzərində də işlər başa çatdırılıb. Bu qanunların qəbulu müvafiq sahələrdə topdansatış və pərakəndə satış bazarlarının formalaşdırılmasına, istehsal, təchizat, ötürülmə və paylanmada təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlbinə, istehsal xərclərinin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yaradacaq. Burada başlıca hədəf isə dövlətin maliyyə yükünün azaldılması və subsidiyaların mərhələli şəkildə aradan qaldırılmasıdır.

İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmə məsələlərində dayanıqlılığın və effektivliyin təmin edilməsi də mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tənzimləyici funksiyalarının daha effektiv şəkildə yerinə yetirməsi üçün “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu zəruri şərtlərdəndir. Qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib.

Agentlik dörd il ərzində elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində dövlət, istehlakçılar və tənzimlənən subyektlər arasında maraqlar balansının, hər bir istehlakçıya münasibətdə müasir yanaşmanın təmin edilməsinə, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olub. Hazırda EMTA-nın Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə 11 filialı fəaliyyət göstərir. Bu ildən Agentliyin fəaliyyət dairəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Belə ki, Gəncə, Mingəçevir və İmişli filialları müvafiq olaraq Kəlbəcər, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın üzrə də fəaliyyətə məsuldur.

Bu il Agentlik tərəfindən “Elektrik enerjisinin istehsalı və ötürülməsi üzrə tələblər Toplusu”, “Mübahisə və şikayətlərin həllinə dair Tövsiyələr”, “Tənzimləyici üçün hesabatvermə prosedurunun layihəsi və formaları”, “İnvestisiya planlaşdırılmasının layihəsi, onun təsdiqi və monitorinqi Qaydaları”, həmçinin fərqli xüsusiyyətlərə malik müxtəlif monitorinq obyektləri üzrə 11 monitorinq qaydasından ibarət “Elektrik enerjisi bazarına monitorinq Qaydaları”nın layihələri hazırlanıb.

Ötən dövr ərzində sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma proseslərinin daha da sadələşdirilməsi üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, həmçinin Xaçmaz “KOB evi” və Yevlax “KOB evi”ndə fəaliyyət göstərən Texniki Şuraların sayı 19-a çatdırılıb. Gücü 150 kVt-a qədər olan elektrik qurğularının şəbəkəyə elektron müraciət əsasında qoşulması təmin edilib. Həmçinin istehlakçıların hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qazla təchizat və digər məsələlərlə bağlı 5000-dən çox müraciət Agentlik tərəfindən cavablandırılıb.

Beləliklə, dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü böyük tarixi nəticələrlə qeyd edən Azərbaycanın enerji siyasətində bütün təsirlərə qarşı kifayət qədər dayanıqlı enerji sisteminin təmin olunması əsas xətt kimi qorunur. Hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7538,4 MVt təşkil edir ki, bu da ötən illə müqayisədə 21,9 MVt və ya 0,3 faiz artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası, ümumi gücü 1150,9 MVt olan 25 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 42 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid (günəş, külək və bioqaz) elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi gücün təxminən 17,3 faizini təşkil edir.

Respublikada generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 25 min 680,5 MVA olan 110-500 kV-luq 218 yarımstansiya istismardadır.

Ötən il ölkəmizin elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı göstəricilərində azalmanı bu il artım dinamikası əvəz edib. Belə ki, 2020-ci ildə ölkədə elektrik enerjisinin istehsalı 25,8 milyard kVt·st, ixracı 1,15 milyard. kVt·st, idxal isə 136,5 milyon kVt·st təşkil edib. 2019-cu illə müqayisədə elektrik enerjisinin istehsalı 275,9 milyon kVt·st, ixrac 340,2 milyon kVt·st , idxal isə 0,4 milyon kVt·st azalıb. Əksinə elektrik enerjisinin istehlakı ötən il 328 milyon kVt·st artaraq təxminən 22 milyard kVt·st olub.

Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artımla, təxminən, 20,7 milyard kVt·st elektrik enerjisi istehsal edilib. Bu dövrdə 120,4 milyon kVt·st elektrik enerjisi idxal, 1 milyard 30,3 milyon kVt·st elektrik enerjisi isə ixrac edilib. Ötən ilin eyni dövrünə nisbətən ixrac 189 milyon kVt·st artıb. Gürcüstana 544,9 milyon kVt·st, İrana 250,4 milyon kVt·st, Türkiyəyə 163,6 milyon kVt·st, Rusiyaya isə 71,4 milyon kVt·st elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 70,9 milyon kVt·st, İrandan 24,9 milyon kVt·st, Gürcüstandan 24,6 milyon kVt·st olub.

İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinə tələbatın və istehsalın həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. Belə ki, bu il 4,8 faiz artımla 27,1 milyard kVt·st, 2022-ci ildə 27,5 milyard kVt·st, 2023-cü ildə 27,8 milyard kVt·st, 2024-cü ildə 28 milyard kVt·st, 2025-ci ildə isə 28,3 milyard kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Elektrik enerjisini istehlakının isə bu il 4,5 faiz artaraq 23 milyard kVt·st, gələn il 23,5 milyard kVt·st, 2023-cü ildə 23,9 milyard kVt·st, 2024-cü ildə 24 milyard kVt·st və 2025-ci ildə isə 24,3 milyard kVt·st olacağı proqnozlaşdırılır.

Görülən çoxşaxəli tədbirlər ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisi üzrə ixracatçı ölkə mövqeyini qoruyub saxlamağa imkan verir. 2021-ci il və növbəti illərdə ixrac göstəricisinin 1,3 milyard kVt·st-a çatacağı gözlənilir.

Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir. Azərbaycan energetikləri qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmaqla, istehsal portfelində şaxələnmə və səmərəli idarəetməyə nail olmaqla bu xəttin bundan sonra da davam etdirilməsi missiyasını şərəflə yerinə yetirəcək, müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO