REGİONLAR


Azərbaycan ərazisinə toxum idxal edən fiziki və hüquqi şəxslərin nəzərinə!

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikasının ərazisinə yalnız Dövlət Reyestrində qeydiyyata alınan sort, hibrid və cinslərin toxumlarının idxalına icazə verilir.

Aqrar Xidmətlər Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının “Seleksiya nailiyyətləri haqqında” və “Toxumçuluq haqqında” qanunlarının müvafiq bəndlərinə uyğun olaraq, Dövlət Reyestrində qeydiyyatda olmayan sort, hibrid və cinslərin toxumlarının idxalına icazə verilməsi məqsədilə sənədləşmə işlərinin vaxtında həyata keçirilməsi üçün sahibkarlar (fiziki və hüquqi şəxslər) sənədlərini əkin materialı ölkəyə gətirilməmişdən ən azı 1 ay öncədən Aqrar Xidmətlər Agentliyinə təqdim etməlidirlər.

Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Dövlət Reyestrində qeydiyyatda olmayan sort, hibrid və cinslərin toxumlarının yalnız sınaq məqsədilə və məhdud həcmdə ölkəyə gətirilməsinə icazə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.