Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan əsgəri, zəfər sənindir!

Azərbaycan əsgəri, zəfər sənindir!

Bakı, 17 oktyabr, AZƏRTAC

Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başlayıb. Buna cavab olaraq Azərbaycan Ordusunun komandanlığı tərəfindən düşmənin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul olunub.

Artıq iki həftədən çoxdur ki, Ordumuz dayanmadan irəliləyir, rəşadətlə düşmənin silahlı qüvvələrinin atəş nöqtələrini susdurur və döyüş fəaliyyətinin qarşısını alır. Baş verən hadisələr fonunda 30 ildir torpağının 20 faizi işğalda olan Azərbaycan xalqının hamısı bir nəfər kimi düşmənlə döyüşmək üçün Ali Baş Komandanın əmrini gözləyir. Dövlət başçısı düşmənin təxribatından sonra xalqa müraciətində deyildiyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

AZƏRTAC xəbər verir ki, bu sözlər Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin “Azərbaycan əsgəri, zəfər sənindir!” hazırladığı yazıda yer alıb. Yazını təqdim edir.

Bir sıra beynəlxalq təşkilatlar atəşkəsin pozulmasından narahatlığını ifadə edir və tərəfləri sülhə səsləyir. BMT-nin Baş katibi Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqları bərpa etməyə çağırıb. Hamımız yaxşı bilirik ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş dörd qətnaməsi var. Həmin qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. İndi bizdən döyüşləri dayandırmamızı istəyən BMT Təhlükəsizlik Şurasına belə bir sual yaranır: Bəs, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyiniz 4 qətnamənin şərtlərinin yerinə yetirilməsini 27 ildir ki, hansı səbəbdən təcavüzkar Ermənistan dövlətindən tələb etmirdiniz?

Bizim üçün hərbi əməliyyatlar yalnız o zaman dayana bilər ki, düşmən təslim olsun və işğalda saxladığı ərazilərdən çıxsın. Əks təqdirdə, şanlı Azərbaycan Ordusu bütün işğal altında olan əraziləri silah gücünə azad edəcək!

Beynəlxalq təşkilat anlamalı idi ki, status-kvo uzun müddət qala bilməz. İndi Azərbaycan, işğalda olan torpaqlarını azad etmək üçün heç bir beynəlxalq hüquq normalarını pozmadan öz müqəddəratını özü həll edir. Eyni zamanda bu təşkilatlar və erməniləri dəstəkləyən bütün qüvvələr anlamalıdır ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan müharibə etmir, sadəcə işğal altında olan ata-baba yurdu Dağlıq Qarabağı və ətraf rayonları terrorçu ölkədən təmizləmək üçün antiterror əməliyyatlarına başlayıb.

“Bir ovuc torpaq da Vətəndir” - bu deyim əbəs yerə deyilməyib və ovuc içi qədər torpağı Vətən sayanlar bu gün Azərbaycana öz dəstəklərini əsirgəmirlər. Hər zaman olduğu kimi ölkəmizə ən böyük dəstək qardaş Türkiyədən gəldi. İstər Türkiyə rəsmiləri, istərsə də sadə vətəndaşları haqq mübarizəmizdə yanımızda olduqlarını dəfələrlə bəyan ediblər.

Ən böyük dəstək mesajını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Beynəlxalq Dəniz Qanunu və Şərqi Aralıq dənizi Simpoziumunda çıxışı zamanı bildirib. Çıxışda deyilir: “Minsk qrupu həmsədrləri kimdirlər ki, soruşurlar ki, Türkiyə ordadırmı? Türkiyə Azərbaycana silah yardımı edirmi? Bu insanlar o insanlardır ki, Türkiyənin şərqinə minlərlə tır silah daşıyırlar. Bu insanlar 30 ildir problemi həll etmək bir yana, həll edilməməsi üçün əllərindən gələni edirdilər. İndi durub ağıl verirlər. Qardaşım İlham Əliyev 30 ildir onlara hesab verir, kömək edən idilərsə, həmin vaxt edərdilər. İndi Azərbaycan öz müqəddəratını özü həll edir”. Bu haqlı çıxış nəinki Minsk qrupu, eləcə də bütün dünya üçün ismarıc olsun.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ermənilərin cəbhədəki təxribatlarından danışarkən Türkiyənin ölkəmizin yanında olduğunu bir daha bəyan edib: “Bu dəfə onlar cavablarını döyüş meydanında almaqdadırlar. Can Azərbaycan ilə döyüş meydanında və danışıqlar masasında birlikdəyik”.

Ermənistanın terrorçuluq fəaliyyətini pisləyən və Azərbaycana tam dəstək verən ölkələrdən biri də Pakistandır. Belə ki, Pakistan Xarici İşlər Nazirliyi törədilən təxribatlarla bağlı bəyanat yayıb və bildirib ki, Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycana öz dəstəyini nümayiş etdirən ölkələrdən biri də Ukraynadır. Belə ki, Ukrayna XİN rəhbəri cəbhədəki vəziyyəti azərbaycanlı həmkarı ilə müzakirə edib. Bildirilib ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Dağlıq Qarabağı və ətraf 7 rayonumuzu işğal edərək azərbaycanlıları qətlə yetirən, onları ata-baba yurdlarından didərgin salan ermənilər indi qüdrətli Azərbaycan Ordusunun gücündən qorxub geri qaçırlar. Artıq haqq sözünü deyir, bax beləcə ya geri çəkiləcək, ya da sonuncu nəfərinizə kimi öləcəksiniz! Günlərdir Azərbaycan Ordusunun haqq mübarizəsindəki qələbə xəbərləri gəldikcə düşmənin canına vəlvələ düşür. Artıq o vəziyyətdir ki, Ermənistan rəhbərliyi öz xalqına yalanlar söyləyir, öz məğlubiyyətini gizlətməyə çalışır. Bununla da erməni əhalisi arasında hökm sürən təşvişi, qorxunu və ordularındakı yaranmış xaosu bir qədər azaltmağa çalışır.

Ordumuz irəlilədikcə, xoş xəbərlər gəldikcə insanlarda olan inam daha da artır. Çünki hər kəs anlayır ki, Vətən bizə yox, biz Vətənə borcluyuq! Əbəs yerə deyilməyib ki, bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa Vətəndir!

Rəşadətli Azərbaycan Ordusu, səsin daim “qələbə bizimlədir” sözləri ilə gəlsin! Həsrətlə yolumuzu gözləyən Şuşamızla, Kəlbəcərimizlə, Laçınımızla sevindir bizi. Bu günü tariximizə ən sevincli günümüz kimi yazaq. Biz Azərbaycan xalqı olaraq Ordumuza inanırıq! İnanırıq ki, igid oğullarımızın bizə zəfər xəbərləri gətirəcəyi günlər uzaqda deyil. Marş irəli, Azərbaycan əsgəri!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO