MƏDƏNİYYƏT
Azərbaycan filmi Türkiyədə beynəlxalq festivalda mükafat alıb
Bakı, 28 avqust, AZƏRTAC
Trabzon Valiliyinin dəstəyi, İstanbul Trabzon Federasiyası və Anadolu Təhsil, Mədəniyyət və İrfan Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən Trabzon Beynəlxalq Film Festivalı başa çatıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Qırmızı bağ” bədii filmi festivalda üç mükafata layiq görülüb. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimlidir.
Filmdə rol alan Gülzar Qurbanova "Ən yaxşı aktrisa", Maqsud Məmmədov "Ən yaxşı aktyor", Taleh Bədiyev isə “Jürinin xüsusi mükafatı” ilə təltif edilib.
Xatırladaq ki, "Qırmızı bağ" bədii filmi babaları bəy olan müəllimlərin həyatından bəhs edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]