MƏDƏNİYYƏT


Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb

Bakı, 9 mart, AZƏRTAC

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Türkiyədə keçirilən 7-ci “Changing Perspectives” Qısa Film Festivalının əsas mükafatı olan “Potluck” mükafatına layiq görülüb.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və İngiltərənin birgə istehsalı olan filmin ssenaristi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.

Ekran əsərində rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.