MƏDƏNİYYƏT


Azərbaycan filmi beynəlxalq film festivalında

Bakı, 25 sentyabr, AZƏRTAC

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının nominantı olaraq finala çıxıb.

Kinostudiyadan AZƏRTAC-a verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumda nümayiş olunub və müxtəlif mükafatlar qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.