MƏDƏNİYYƏT


Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş olunacaq

Tehran, 19 fevral AZƏRTAC.

Azərbaycan istehsalı olan etnoqrafik filmlər İranda keçiriləcək Beynəlxalq “Varesh” Festivalında nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, martın 21-dən sonra İranda başlayacaq Novruz bayramı tətillərində reallaşacaq festivalda Xəzəryanı ölkələrin istehsal etdiyi filmlər təqdim ediləcək.

İranın Mazandaran vilayətinin Babol şəhərində təşkil olunacaq festivalda müxtəlif ölkələrin istehsal etdiyi 100-ə yaxın filmi göstəriləcək.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.