İDMAN


Azərbaycan futbolçusu Almaniya klubu ilə müqaviləsini yeniləyib

Bakı, 11 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Aue” klubu ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən futbolçu 2023-cü ilin iyununadək Almaniya təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, 2016-cı ildən “Aue”də çıxış edən yarımmüdafiəçi 97 oyuna çıxıb və 20 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.