CƏMİYYƏT
“Azərbaycan gəncləri Heydər Əliyev yolunda” mövzusunda seminar keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Heydər Əliyev dövlət idarəçiliyi məktəbi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycan gəncləri Heydər Əliyev yolunda” mövzusunda seminar keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər Fondunun saytına istinadla xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə seminar iştirakçılarına gənclər siyasətinin formalaşmasında Heydər Əliyevin oynadığı tarixi roldan söz açıb.
Seminar çərçivəsində gənclərlə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.