CƏMİYYƏT


Azərbaycan gəncləri Moskvada keçirilən forumda iştirak edirlər

Moskva, 21 fevral, AZƏRTAC

Moskvada “Avrasiya gəncləri: Gələcəyi birlikdə qururuq!” adlı Beynəlxalq Tələbə Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan da təmsil olunur.

“Şimal-Cənub” Siyasi Mərkəzi, Moskva Dövlət Universiteti və “Sodrujestvo” Mətbuat Klubunun təşkilatçılığı ilə keçirilən tədbirə qatılmış MDB ölkələrinin gəncləri sosial və vətəndaş fəallığı, gənclərin mühüm ictimai problemlərin həllində iştirakı və digər məsələləri müzakirə edir, öz layihələrini təqdim edirlər.

Azərbaycanı forumda səkkiz gənc, o cümlədən Diana Seyidova, Araz Dövlətov, Allahverdi Məmmədov, Sofya Əhədova və başqaları təmsil edirlər.

Forumun sonunda ən yaxşı "Vətəndaş təşəbbüsləri: cəmiyyətin imkanları, imkanlar cəmiyyəti”, “Milyonlar üçün ideya: məsuliyyətli biznes”, “Mən liderəm!” nominasiyalarında qalib layihələrin müəllifləri mükafatlandırılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.