CƏMİYYƏT


Azərbaycan gəncləri erməni diasporunun xaricdə yaşayan soydaşlarımıza qarşı təzyiqləri ilə əlaqədar yeni kampaniyaya start veriblər

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan gəncləri erməni diasporunun xaricdə yaşayan soydaşlarımıza qarşı həyata keçirməyə başladıqları məkrli planlar və təzyiqlərlə əlaqədar yeni kampaniyaya start veriblər.

Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, gənclərimizin bununla bağlı yaydığı məlumatda qeyd olunub: “Rəşadətli Azərbaycanın Ordusunun döyüş meydanında ard-arda qalibiyyətlər qazanaraq, torpaqlarımızı işğal altından azad etməsi ilə barışa bilməyən Ermənistan hər cür çirkin əməllərə əl atır. Ermənistan indi də özünün radikal diasporu vasitəsilə xaricdə yaşayan azərbaycanlılara qarşı hədə-qorxu kampaniyasına başlayıb. Erməni diasporunun mənfur hücumlarının hədəflərindən biri də ABŞ-ın Los-Anceles şəhərində polis idarəsinin rəis müavini vəzifəsində çalışan azərbaycanlı Fəxri Mizəquliyevdir. Ermənilər F.Mirzəquliyevin vəzifəsindən azad olunması üçün bu şəhərin polis idarəsinə təzyiq göstərirlər. Ermənilər hər vəchlə çalışır ki, azərbaycanlılar heç bir ölkədə nüfuzlu vəzifələrdə çalışmasın”.

Bildirilib ki, Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki baş konsulluğu buna etiraz olaraq hərəkətə keçib və bu şəhərdə yaşayan azərbaycanlılarla birlikdə Los-Anceles şəhərinin polis idarəsinə F.Mirzəquliyevi dəstəkləyən, erməni diasporunun təxribatlarına uymamağa səsləyən müraciət və məktublar ünvanlanmağa başlayıb. Məktublarda qeyd edilir ki, ermənilərin Los-Ancelesdə cəzasızlıq mühitinə son verilməli, onların azərbaycanlılara qarşı hədə-qorxularına son qoyulmalı və F.Mirzəquliyevə qarşı təzyiqlər dayandırılmalıdır.

Gənclərimiz də hər bir azərbaycanlını hamını bu kampaniyaya qoşulmağa və Los-Anceles Polis İdarəsinə (https://lasd.org/contact-us)/ məktublar göndərməyə çağırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.